19 Şubat 2019 Salı

Yerin dərinliklərində nəhəng dağlar aşkar edildi

loading...
Boliviyadakı güclü zəlzələ alimlərə Yerin yuxarı və aşağı mantiya qatları arasındakı sərhədin strukturunu tədqiq etməyə imkan yaradıb.

Eurasia Diary xəbər verir ki, bu sərhəd nəhəng dağ zirvələri və dərin yarğanlarla əhatəlidir. Nəticələr "Science" jurnalında dərc edilib.

Çinli alim Zvenbo Vu deyib:
"Mantiya qatları arasındakı sərhəd planetin səthindən daha sərtdir. Yeraltı dağlar yerüstü dağlardan daha hündürdür. Biz onların dəqiq hündürlüyünü hesablaya bilməmişik amma görünür ki, Yerdəki istənilən zirvədən hündürdürlər".

16 Şubat 2019 Cumartesi

Cəmi 2-3 saata bir robot hazırlayan V sinif şagirdini siz də tanıyın

loading...
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası”nın uğurla həyata keçirilməsi nəticəsində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir.
Təhsil Nazirliyi tərəfindən son iki ildə Bakı, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərində 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub.
Elm və texnologiyalara olan marağın artırılmaq və təhsil robotlarından istifadə edərkən yaradıcı, orijinal düşüncə bacarıqlarını inkişaf etdirmək məqsədi ilə şagirdlər üçün beynəlxalq yarışlarda iştirak imkanları yaradılır. 
Cari ildə Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “First Leho League (FLL) Azerbaijan”  mühəndislik və robototexnika yarışına start verilib. Yarışda  iştirak etmək üçün ölkə üzrə 31 məktəb komandası qeydiyyatdan keçib. 
Mediaturda olduğumuz Bakı 162 nömrəli tam orta məktəb də FLL yarışları üçün qeydiyyatdan keçib. Burada  müxtəlif yaş qruplarından şagirdlərin hazırladıqları robotlarla tanış olduq.
Ən çox diqqətimizi çəkən 5-ci sinif şagirdi Amil və onun hazırladığı robot idi. 
162 saylı orta məktəbin 5-ci sinif şagirdi Amil Məmmədli  yaşı az olsa da bir robotu 2-3 saat ərzində tam hazırlaya bilir: 

Tarixin ilk kosmik səyahətində Qaqarinə son anda uduzan, elmi təcrübə üçün evləndirilən türk - ARAŞDIRMA

loading...
Andirian Nikolayev haqqında  çox yazılıb. Sovet İttifaqında kosmonavtlar öləndə adətən “Ulduz” şəhərciyində dəfn edilirlər. Amma onu doğulduğu kənddə dəfn etdilər. Səbəbi Andiriyan Nikolayev hökumətdən narazılığı oldu. Andirian Nikolayev eksperiment kimi istifadə edib kosmosa uçan ilk qadın Tereşkova ilə evləndirdilər. Yoxlamaq istəyirdilər ki, kosmosa uçuş qadın və kişilərin dölünə necə təsir edir.  İnsan üzərində aparılan bu eksperimentlər Andirian Nikolayevi bezdirdi. Narazılığını dilə gətirdi. Arvadı boşadı. Bununla da narazılıqlar başladı”.
Araşdırmaçı Əli Şamilin Nikolayev soyadlı kosmonavt barəsindəki qısa məlumatı yəqin ki, onun şəxsiyyəti barəsində sizdə yəqin, maraq oyatdı.
Eurasia Diary AzEdu.az-a istinadla çox maraqlı tale və xakaterə sahib olan türk xalqlarının ilk kosmonavt oğlu, milliyətcə çuvaş olan Andrian Nikolayevin ömür yoluna aid bir neçə maraqlı faktı təqdim edəcək.
İlk türk kosmonavt
Sovetlər Birliyinin üçüncü, dünyanın isə kosmosa çıxmış beşinci adamı olan Andrian Qriqori oğlu Nikolayev 1929-cu il sentyabrın 5-də indiki Rusiya Federasiyasının Çuvaşiya Respublikasındakı Marinski-Posad rayonunun Şorşeli kəndində anadan olub.
Kəndlərindəki natamam orta təhsil verən məktəbi bitirdikdən sonra Mari-Posad şəhərindəki Meşə Texnologiyası Texnikumunda oxuyub. 1947-ci ildə oranı uğurla başa vurduqdan sonra da əsgəri xidmətə yollanıb. Əsgəri xidmətini nümunəvi başa vurduqda onu Frunze adına Hərbi-Aviasya Məktəbinə oxumağa göndəriblər. Hərbi-Aviasya Məktəbini 1954-cü ildə bitirdikdən sonra Sovet Sosialist Respubilkaları İttifaqı Hərbi Hava Qüvvələrində xidmətə göndərilib. Uçuşlarda göstərdiyi şücaət və texniki biliklərə dərindən yiyələndiyinə görə onu 1960-cı ildə kosmonavtlar hazırlanan qrupa daxil etmişlər.
Yuxarıda adını çəkdiyimiz araşdırmaçı Əli Şamil

15 Şubat 2019 Cuma

Məşhur Azərbaycanlı Elm Adamından Dünyanı Silkələyəcək Açıqlama: “Ölümün Də Qarşısını Ala Biləcəyik

loading...
Allahverdi Şahverənov: “İkinci hədəfim isə dünyaca nüfuzlu tədqiqat mərkəzi yaratmaqdır”
Mükəmməl təhsil almaq, elmdə öz yerini qazanmaq və insanlığa töhfə vermək üçün Allahverdi Şahverənov da Azərbaycanda orta və ali təhsil aldıqdan sonra uzaq Çinə üz tutub. Dünyanın elm və innovasiyalar nəhəngləri arasında öncüllərdən olan Çin Allahverdiyə nələr verib? Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülən AMEA Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri Allahverdi Şahverənovla söhbətimizdə də məhz ağıl və idrakın, istedadın həyatda həqiqətən gözəl uğurlara yol açmasına bir daha şahidlik etdik.
  • Çində təhsil sizə nələri qazandırdı?
  • 2013-cü ildə ATU-nun müalicə-profilaktika fakültəsini hələ heç bitirməmişdim. Doktorantura təhsili almaq üçün Almaniyanın bir universitetinə müraciət etmişdim. Bu ölkəyə müraciət etməyim normal hal idi, çünki Asiyanı doğrudan da tanımırıq. İş elə gətirdi ki, Almaniyadan əvvəl Çindən müraciətimə cavab gəldi. 2013-cü ildə dövlət xətti ilə Çin Xalq Respublikasının Elm və Texnologiyalar Universitetinə onkologiya üzrə doktorantura təhsili almağa yollandım və nə yaxşı ki, Çinə getdim deyə bilərəm. Bu gün dostlarıma dəfələrlə deyirəm ki, mütləq Çinə gedin. Saysız-hesabsız xəstə və çoxsaylı nadir görünə bilən xəstəliklər var. Digər dövlətlərin xəstəxanalarında bəlkə 6 ayda bir dəfə görə biləcəyiniz xəstələri standart olaraq hər gün görə bilirdik. Mənə yalnız klinik həkim tərəfi deyil, həm də molekulyar tərəfi maraqlı idi. Həvəsim həm klinikanı, həm də laboratoriyanı birgə idarə etmək, xəstədən alınmış materialı laboratoriyada yerindəcə araşdırmaq idi.
  • Bu kombinasiya həmişə marağımda olub. Elə də oldu, deyə bilərəm ki, bu sarıdan şanslıyam. 3 il çox maraqlı keçdi. Bir ildən sonra arzuladığım “Pubmed” bazasında ilk məqaləmiz dərc olundu. Bu, super xəbər idi, düzdür, impakt faktoru (1.3) hələ yüksək deyildi. 2014-2015-ci illərdə dissertasiyamı yazmağa başlamışdım. Marağım ən çox beyin xərçəngi xəstəliyinə yönəlmişdi. Bu, ən ağır, ciddi xərçəng xəstəliklərindən biridir. Xərçəng hüceyrələri üzərində işləyən bir tədqiqatçı kimi deyim ki,

Bakı Mühəndislik Universitetinin müəllimindən mühüm elmi yenilik

loading...
Bakı Mühəndislik Universitetinin kimya mühəndisliyi kafedrasının müdiri Yusif Abdullayevin dünyaca tanınmış Elsevier nəşriyyatına aid olan 4,5 impakt faktoru “Journal of Molecular Liquids” jurnalında elmi məqaləsi nəşrə qəbul olunub. Azərbaycanlı alim “Experimental and computational study of metal-free Bronsted acidic ionic liquid catalyzed benzylic C(sp3)-H bond activation and C-N, C-C cross couplings” adlı məqaləsilə erməni alimi Andranik Petrosyan və onun tədqiqatçı yoldaşlarının Almaniya universitetlərindən birinin laboratoriyasında apardığı tədqiqatın nəticələrini alt-üst edib.
Məqalədə BMU-nun alimi çox əvəzli pirazinlərin sintezində mövcud üsullara alternativ olaraq ekoloji təmiz, atom ekonomik və qısa müddətli metod təklif edir. Bu metoddan istifadə etməklə BMU-nun tədqiqat laboratoriyasında optimallaşdırılma işləri aparılıb və məhsulun çıxımı artırılıb. Ağır və bahalı metal katalizatorunun alternativi kimi ucuz ion mayesi katalizatoru işlətməklə qısa müddətə solvent istifadə etmədən çoxəvəzli pirazinlərin alınması elmi yenilikdir.
Əslən erməni olan A. Petrosyan və onun tədqiqatçı yoldaşları aşağı impakt faktorlu “Tetraheron Vol” jurnalında nəşr etdiyi məqaləsində pirazinlərin alınmasına çoxmərhələli və çox bahalı katalizatorlardan istifadə edərək 18 saat sərf etdiyi halda, Yusif Abdullayevin tədqiqatında bu proses 1 saata başa çatıb.

Alimlərdən xərçənglə mübarizədə inqilabi kəşf — Dərmanını tapdılar

loading...
ABŞ-ın Luisvil universitetinin araşdırma qrupu xərçəngin əmələ gəlməsəni qarşısını alan dərman hazırlayıblar.
Turkustan.info xəbər verir ki, bu barədə “MedicalXpress” nəşri yazıb.
Alimlərin siçovullar üzərində apardıqları sınaqlar zamanı məlum olub ki, SA-4-1BBL zülalı inkesiyadan 2 həftə sonra orqanizmi xərçəngin yaranmasından maksimum şəkildə müdafiə edir. Preparatın effekti 8 həftəyə qədər davam edir.
Ekspertlərin fikrincə, genlərin kombinasiyası sayəsində əldə edilən zülal inkubator rolunu oynayır. O, orqanizmin zərərli şişlərə qarşı mübarizəsini zəiflədir və xərçəng əleyhinə olan dərmanların təsirli effekt göstərməsinə imkan yaradır.
Bundan başqa, alimlər hazırda SA-4-1BBL dərmanını orqanizmində xərçəng aşkar edilən xəstələrin üzərində sınaqdan keçirmək istəyirlər.  /Ölkə.Az/

Reyhan Camalova ölkəmizi ABŞ-da təmsil edəcək

loading...
Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub. R.Camalova müsabiqədə “Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, bu uğuruna görə R.Camalova 12 – 17 may 2019 – cu il tarixində ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı qazanıb. 

R.Camalova yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunun gənc ixtiraçısı, “ASAN xidmət”in ideya müvəkkili və dünya üzrə 100 nüfuzlu qadından biridir. 

Müsabiqədə ümumilikdə 54 layihə qalib seçilib. Qaliblərə pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən “Sabahın alimləri” Respublika müsabiqəsinə maraq ildən-ilə artmaqdadır. Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. 

Müsabiqə Təhsil NazirliyiGənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

13 Şubat 2019 Çarşamba

Qarğalarla bağlı heyrətamiz kəşf

loading...
Qarğalar ölülərinin yanında qəribə davranışlar nümayiş etdirən quşlardır. Bu quş növü ölülərinin ətrafında toplanıb yüksək səslə oxuyurlar.
Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, bəziləri bunun bir növ dəfn mərasimi olduğunu iddia edir, amma əslində elm adamlarının əlində ehtimallardan başqa bir sübut olmadığı üçün bu qəribə davranışlar öz sirrini qorumaqdadır.
Bu məsələni araşdırmaq üçün bir təcrübə aparılıb. Tədqiqatda daha əvvəlki araşdırmalardan aşkar edilmiş qarğaların özlərinə təhdid kimi qəbul etdiyi simaları unutmadığı dəlilindən də istifadə edilib.
Əldə edilən məlumatlara əsasən qarğalar təhdid kimi gördükləri simaları başqalarına da ötürmə qabiliyyətinə malikdirlər. Beləcə, illər keçmiş olsa belə qarğalar sürü halında həmin simalı şəxsə qarşı qarıldamağa başlayırlar.
Təcrübə zamanı qarğaların qəzəbini çəkməmək məqsədilə bir şəxsə həqiqətə oxşar bir maska taxılır. Vaşinqton Universitetindən Kaeli Sviftin qarğalara bir qədər öncə yemək verdiyi bölgəyə maskalı şəxs göndərir. Burada Svift, qarğalara yemək verərkən, maskalı şəxs də 30 dəqiqə ərzində əlində ölü qarğa tutaraq Sviftə yaxınlaşır. Sviftin dediyinə görə, əlində ölü qarğa tutan maskalı şəxsin gəlişi ilə quşlar onlara verilənləri yeməklərdən tamamilə çəkinirlər. Bundan sonra qarğalar sürü halında toplanıb özlərinə təhlükə hesab etdikləri şeylərə qarşı yüksək səslə qarıldayaraq, hücum etməyə başlayırlar.
Tədqiqatçılara görə, bu davranışın birdən çox məqsədi olar bilər: təhlükəyə qarşı əks reaksiya, ağalıq nümayişi , təhlükəli şəxs, ya da ərazi ilə bağlı kütləvi təlimlər.
Maskalı şəxs, ertəsi gün əlində ölü qarğa olmadan həmin əraziyə gələndə qarğalar yenə yeməklərə yaxınlaşmır.
Bu nəticələr qarğaların

Elmi boşluqlara hiddətlənən gənc tədqiqatçıdan effektli metod - Təklif

loading...
“Dövlət, müəyyən ixtisaslar üzrə xaricdə təhsil alıb mütəxəssis kimi formalaşan sosioloq və ya mühəndislərin tapılmasında maraqlı olmasa da, buna ehtiyac olduğu faktdır. Ümumiyyətlə, dövlət, boşluq olan sahələr üzrə vakansiyalar yarada və həmin sahələri ölkəmizdə inkişaf etdirə bilər. Məsələn, mühəndislik istiqamətində hansısa şirkətlərin açılması və yaxud da kadrların mövcud müəssisələrdə yüksək əmək haqqı qarşılığında işlə təmin olunmasını nümunə göstərmək olar” – İnqilab Şahbazov
İnqilab Şahbazov Azərbaycan Elm Assosiasiyasının həmsədridir. O, həmçinin, bazar tədqiqatları həyata keçirən SİAR Social and Marketing Research şirkəti, İqtisadi və Sosial İnkişaf Mərkəzinın (İSİM) tədqiqatçısıdır.
Gənc tədqiqatçı qeyd edir ki, elm sahəsindəki əsas problem humanitar elmlərin əksəriyyəti, eləcə də dəqiq elmlərdən bir neçəsinin ölkəmizdə, ya ümumiyyətlə ya da kifayət qədər inkişaf etməməsidir:
“Nümunə olaraq, humanitar sahədən başlasam, sosiologiya, kriminologiya və onların altbudaqları, eləcə də hüquq və iqtisadiyyatın müəyyən sahələrini misal gətirərək deyə bilərəm ki, müşahidələrimə əsasən, bu istiqamətlər olduqca zəif inkişaf edib. Düzdür, bu sahədə ixtisaslaşan, kifayət qədər böyük, hətta dünya çapında faydalı işlərgörən mütəxəssislər var, amma inkişaf etməkdə olan bir neçə ölkə ilə müqayisədə hələki geri qalırıq.
Azərbaycanda ümumi əmək haqqı səviyyəsi çox aşağıdır, əlavə olaraq, həmin sahə üzrə ixtisaslaşanların iş tapmaq imkanları da yoxdur və ya məhduddur. Bundan başqa, həmin sahələr üzrə tələb olmadığından Azərbaycanda, təəssüf ki, müstəqil iş qurmaq çətindir.  Xaricdə, müvafiq sahələri oxuyub ixtisaslaşmış şəxslər müəyyən sifarişləri yerinə yetirir, qarşılığında gəlir əldə edir. Bizdə isə tədqiqat sifarişləri bazarı inkişaf etməyib. Hətta Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə müqayisə də belə geri qalırıq və bu bazarın böyüməsinə olduqca çox ehtiyac var.
Dəqiq və texniki elmlərə gəldikdə isə,

Alimlərdən açıqlama - Süd Yolu qalaktikasının diski əyridir

loading...
Alimlər müəyyən ediblər ki, Süd Yolu qalaktikasının diski qeyri-stabildir və müstəvisi əyridir. Çin Elmlər Akademiyasının (EA) Milli Astronomiya Rəsədxanası əməkdaşlarının məlumatına görə, qalaktikamızın mərkəzindən uzaqlaşdıqca bu təhriflər güclənir. Bu barədə AzEdu.az-a Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytında məlumat yer alıb. Qeyd olunub ki, çox uzaq məsafədən baxdıqda, qalaktikamız özündə ulduzlardan ibarət nazik müstəvi disk təsviri yaradır. Bu ulduzlar mərkəz ətrafında bir neçə yüz milyon illik periodla fırlanır və yüz milyardlarla ulduz qaranlıq materiya -“qravitasiya yapışqanı” ilə sanki qalaktikanı bütöv bir cisim halına gətirir.
Lakin Süd Yolu qalaktikasının mərkəzindən uzaqlaşdıqca qravitasiya zəiflədiyindən qalaktika diskinin xarici hissəsində qaz diskinin əksər hissəsini təşkil edən hidrogen atomları daha eyni müstəvidə yerləşmir və əvəzində qalaktikanın latın “S” hərfi formasına uyğun təhrif olunmuş fəza strukturu formalaşır.
Çin EA-nın tədqiqatçısı doktor Çen Syaodian qeyd edib ki, Süd Yolu qalaktikasının forması haqqında dəqiq təsəvvürə malik olmadığımıza görə Günəşdən qalaktikamızın xarici qaz diskinin müxtəlif hissələrinə qədər məsafəni təyin etmək olduqca çətindir: “Bu yaxınlarda biz Günəşdən məsafələri 3-5 faiz dəqiqliklə təyin oluna bilən, klassik Sefeidlər kimi tanınmış dəyişən ulduzların yeni kataloqunu dərc etdirmişik. Bu verilənlər bazası bizə Süd Yolu qalaktikasının kənar xarici ərazilərinə kimi ilk geniş, üçölçülü ulduz xəritəsini qurmağa imkan yaratdı”.
Qeyd edilən tədqiqat işinin həmmüəllifi, Makkuori Universitetinin (Avstraliya) professoru Riçard de Qriys bildirib ki, üçölçülü təsvirdə 1339 Sefeid və Süd Yolunun qaz diskinin fəzada paylanmaları təxminən eyni olub. Bu isə bizim qalaktikanın formalaşmasının mexanizmlərini dərindən anlamağa imkan verir.
Tədqiqat işi “Nature Astronomy” jurnalında dərc edilib.

Plastiki yanacağa çevirən üsul ixtira olunub

loading...
ABŞ-ın Perdyu Universitetinin mütəxəssisləri plastikin yeni emal üsulunu nümayiş etdiriblər. Mütəxəssislərin fikrincə, bu üsulun köməyi ilə plastikdən yanacaq, təmiz polimerlər və ya monomerlər almaq mümkündür. Bu, təkrar emal sənayesinin başlanğıcı ola bilər.

Eurasia Diary xəbər verir ki, bu barədə məlumat AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun saytında yer alıb. Məlumatda qeyd olunub ki, emal prosesini hidrotermal sıxılma adlandırırlar. Alimlərin fikrincə, polimerlər yüksək temperaturda əriyir və ifrat kritik suda (maye və qaz fazaları arasındakı fərq yox olan maddə vəziyyəti) həll olunur. Plastik kütlə naftaya çevrilən kimi onu artıq xammal kimi istifadə etmək olur.
Tədqiqatçılar ətraf mühitin gələcəyindən narahat olduqları üçün bu mövzu ilə məşgul olublar. Məlumdur ki, okean sularına səkkiz milyon ton adi plastik daxil olur və canlı orqanizmlərin çirklənməsi tədricən artır. Orqanimzlərdə getdikcə daha çox mikroplastik izlər tapılır. Ona görə də bu problemin həlli çox vacibdir.
Alınmış nəticələr “ACS Sustainable Chemistry & Engineering” jurnalında dərc olunub.

Azərbaycan alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda yer alıb

loading...
Azərbaycan alimlərinin məqaləsi 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi https://www.springer.com/mathematics/journal/10957) 1.234 impakt faktorlu jurnalda dərc edilib.

və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat proqramları çərçivəsində “Thomson Reuters” beynəlxalq bazasında referatlaşdırılmış “Journal of Optimization Theory and Applications” (
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, məqalənin müəllifləri elmi işlər üzrə direktor müavini, akademiyanın müxbir üzvü Vaqif Quliyev, əməkdaşı, professor Rövşən Bəndəliyev və İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları - professor İlqar Məmmədov, dosent Yasin Rüstəmovdur.
“Dəyişən dərəcəli Sobolev fəzalarında Bianki tənliyi üçün optimal idarəetmə məsələsi” (https://link.springer.com/article/10.1007/s10957-018-1290-9) sərlövhəli məqalədə əmsalları dəyişən dərəcəli Lebeq fəzasından olan üçüncü tərtib Bianki tənliyi ilə təsvir olunmuş paylanmış parametrli optimal idarəetmə məsələsi üçün Pontryaqin maksimum prinsipi isbat edilib.

“Elm günü”nə həsr olunmuş tədbirdə kosmosa səyahətlə bağlı sənədli film nümayiş etdiriləcək

loading...
Ölkəmizdə “Elm günü”nün qeyd olunması ilə əlaqədar planlaşdırılan tədbirlər planı çərçivəsində AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Bohm Planetariumun birgə təşkilatçılığı ilə fevralın 19-da “açıq qapı” günü keçiriləcək.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, həmin gün Bohm Planetariumda (Bakı, Neftçilər prospekti, Park Bulvar Ticarət Mərkəzi, 4-cü mərtəbə) astronomiya üzrə populyar mühazirələrin təşkili və kosmosa səyahətlə bağlı sənədli filmin nümayişi nəzərdə tutulur. Astronomiya elminə marağı olan hər kəs tədbirdə iştirak edə bilər.
Xatırladaq ki, dövlətimizin başçısı 2018-ci il aprelin 9-da Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən hər il martın 27-nin Azərbaycanda “Elm günü” kimi qeyd edilməsi qərara alınıb.