27 Ekim 2015 Salı

Dinamitin kəşfi

loading...
   

     Dinamitə dağ-mədən sənayesində, inşaat sənayelərində daha çox ehtiyac duyulsa da, o, öz tarixində hərbi səhifələrə də malikdir. Dinamiti isveç mühəndis-kimyaçısı Nobel Alfred Bernxard kəşf edib. İxtiraçı kəşfinə 1867-ci ildə patent alıb. 1940-cı illərdə partlayıcının ən böyük istehsalçısı Cənubi Afrika Respublikası idi. Burda ilk fabrik 1902-ci ildə qurulub. Dinamitə tələbat isə qızıl mədənləri sayəsində yarandı. Belə ki, bəzən qayaları partlatmaq lazım gəlirdi. Dinamiti istehsal etmək təhlükəli idi.
    1960-cı illərdə Somerset Qərbi zavodunda iki böyük geniş partlayış baş verdi. Xeyli sayda işçi həyatını itirdi. Bundan sonra, fabrikə işçi axını da zəiflədi. Həmkarlar ittifaqının təzyiqi nəticəsində, fabrik 1985-ci ildən sonra dinamit istehsalını zəiflətdi. Hətta, bir müddət sonra fabrik manufaktura xarakteri alaraq yalnız ammonyak nitratı emulsiyası istehsal etdi. ABŞ-da isə dinamit istehsalı 1885-ci ildən başlayıb.
    Kimyaçı Rassell Penniman çox bahalı və az tapılan maddə nitroqliserinə ammonium nitratı əlavə edir. Beləcə, dinamitin tərkibinə uyğun qatışıq əmələ gəlir. Nitroqliserinin 85 faiz enerji göstəricisi artıq yeni qatışıqda cəmləşdi. Bundan sonra
Ostonda partlayıcı maddə istehsal edən ilk fabrik yarandı. Bu dinamitlər ticarət markalı firmanın adı ilə satışa çıxarılırdı. Zamanla istehsalatda daha ucuz başa gələn maddələrdən və müxtəlif üsullardan istifadə etməklə dinamit hazırlanmağa başladı. Dinamit yüksək partlayıcı maddə hesab edilir. Faktiki olaraq tərkibində 60 faizdən çox TNT vardır. Əsas xammal kimi onun istehsalında nitroqliserindən istifadə edilir.

Mənbə: http://www.coqrafiya.info/

Hiç yorum yok:

Yorum Gönder