25 Ekim 2015 Pazar

İlk kompyuter mausunun ixtirası.

loading...
   
     Siçan – Siçan vasitəsi ilə kompüterə siçanın hərəkəti haqqında siqnallar ötürülür. Siçanın içərisində olan təkərciklər fırlanır və fırlanma nəticəsində kontaktlar vasitəsi ilə yaranan siqnallar kompüterə ötürülür. İlk siçan bu üsulla işləyirdi.
          Xatırladaq ki, ilk siçanı Douglas Engelbart ixtira etmişdir. Sonralar siçanlarda kürəciklər yerləşdirdilər. Siçanı sağa-sola və yuxarı-aşağı hərəkət etdirmək üçün iki ədəd təkərcik evəzinə bir ədəd kürəcik yerləşdirmək, işi daha da asanlaşdırdı. Beləliklə, siçanların ölçülərini
kiçiltmək daha asan oldu. Bu siçanlarda da hərəkət kontaktlar vasitəsi ilə olunurdu. Daha sonra, kontakt əvəzinə optik hissedicilər yerləşdirdilər. Kürəciklə olan siçanları tez-tez təmizləmək lazım gəlir. Çünki tozdan fırlanan çubuqcuqlarda toz qatı əmələ gəlir və kürənin həmin çubuqcuqları fırlatmasına mane olur. Bu problemi isə yeni siçanların yaradılması ilə həll etdilər. Optik siçanlar yaradıldı. Kürənin və diyircəyin işini işıqlar gördü. İşığın ötürülüb qayıtmasına əsaslanan bu siçanlar 1-ci nəsil optik siçanlar oldu. Bu siçanlar üçün xüsusi altlıq tələb olunur. Yalnız onun vasitəsi ilə işıq qayıda bilir. 2-ci nəsil optik siçanlarda kiçik təsviri emal etmək üçün mikroprosessor və kiçik miniatür videokamera yerləşdirdilər. Bu cür siçanlar üçün xüsusi altlıq tələb olmur. İstənilən yerdə işləyir. Lakin güzgü, şüşə və digər əks etdirici müstəvilərin üzərində siçan yaxşı işləməyəcək. Təbii ki, işıq daha uzağa gedir və geri qayıtması siçanın optik qurğusuna yox, uzağa gedir (optik hadisələrə əsaslanır).
Müasir siçanlarda bir neçə düymə və track ball olur. Track ball vasitəsi ilə səhifələmək mümkündür.
Qeyd: Siçanın üzərindəki əlavə düymələrin işi drayverlərdən asılıdır.

Hiç yorum yok:

Yorum Gönder