25 Ekim 2015 Pazar

Benzolun kəşfi

loading...
   

     Bir çox hallarda olduğu kimi benzolun da kəşfində təsadüf hadisə rol oynamışdır. XIX əsrin 10-cu illərindən başlayaraq Londonda küçələri işıqlandırmaq üçün fanarlarda işıq qazından istifadə olunmağa başlandı. Onu daş kömürün quru qovulması yolu ilə alır və yüksək təzyiq altında hermetik qablarda saxlayırdılar. Bu zaman qablarda, xüsusən də soyuq havalarda, naməlum maye yığılırdı. Faradey bu maddəni öyrənməyə başlayır və 18 may 1825-ci ildə onu ayırır. Bu birləşmə 80C-də qaynayırdı. Faradey bu birləşməni
dondurmaq yolu ilə təmizləmişdir: 7C-də həmin maddə ağ kristallik kütləyə çevrildiyi halda, digər qatışıqlar maye olaraq qalırdı. İyunun əvvəlində Faradey bu birləşmənin element analizini aparmış və müəyyən etmişdir ki, bu birləşmə 11,4:1 kütlə nisbətində karbon və hidrogendən ibarətdir. Faradey tərəfindən əldə edilmiş nəticələr benzolun müasir alimlər tərəfindən müəyyən edilmiş xassələrinə uyğundur: 0, 80,1C-də qaynayır, 5,53C-də donur və C:H=11,9:1.
     Daltonun nisbi atom kütlələrini əsas götürərək (H=1, C=6), Faradey bu maddə üçün düzgün olmayan C2H formulu müəyyən etmiş və ona «bicarburet of hydrogen», yəni «ikikarbonlu hidrogen» adı vermişdir. Lakin tezliklə isveç kimyaçısı Yakob Bertselius elementlərin nisbi atom kütlələrinin dəqiq cədvəlini dərc etdirdi (H=1, C=12,26). Bu cədvələ əsasən Faradeyin kəşf etdiyi karbohidrogenin sadə formulu CH olmalı idi. Bu birləşmənin həqiqi formulu C6H6 isə onun molekul kütləsinin təyinindən sonra müəyyən edildi.

Mənbə: http://kimyanioyren.blogspot.com/

Hiç yorum yok:

Yorum Gönder