25 Ekim 2015 Pazar

Telefonun tarixi - "Alo" sözünün mənası

loading...

      İnsanlar gündəlik həyatlarında, ofislərdə və evlərdə ən son texnologiya nümünələrindən yararlanırlar. Amma bu texnologiyaların meydana gəlməsi, necə və nə vaxt kim tərəfindən kəşf olunması barədə çox az insan düşünür. Mobil telefonların və internetin kəşfinə qədər ən mühüm ünsiyyət vasitəsi kimi istifadə olunan telefonların, yəni sabit xəttli telefonların kəşfini nəzərdən keçirək.

     Telefonun kim tərəfindən kəşf olunması tarixdə mübahisəli mövzulardan olub. Telefonu kəşf edənlər sırasında Antonio Meucci, Phillips Reis, Elisha Gray və Alexander Graham Bellin adları çəkilir.


     Yalnız sonuncunun 10 mart 1876-cı ildə köməkçisi Thomas Watsonla yaratdığı sınaq əlaqə uğurlu alınır. Deyilənə görə, isə Alexander Graham Bell ilk telefon xəttini sevgilisinin evinə çəkib. Elə telefonda demək olar ki, hər gün neçə dəfə istifadə etdiyimiz Alo sözü, əslində onun sevgilisinin qısaldılmış adıdır. Sevgilinin tam adı Allessandra Lolita Osvaldodur. Bu İş yerində telefonla axtaranın Allessandra Lolita Oswaldodan başqası ola bilməyəcəyini düşündüyündən Graham Bell, dəstəyi qaldırarkən. Allessandra Lolita Oswaldo deyirdi. Lakin o zamanla sevgilisinə, adını qısaltmağa başladı və sonda ona Alo deməyə başladı. Lakin telefonun kəşfindən başqa bir şey düşünməyən Graham Bellin sevgilisi çox keçmədi ki, onu tərk etdi. Yaşlanmış Bell sevgilisinin bir gün ona zəng edəcəyi ümidi ilə yaşayırdı. Ona görə də o kimin zəng eləməyindən asılı olmayaraq, hər kəsə “Alo” deyirdi. Bu gün hamımızın istifadə etdiyi Alo sözü o günlərdən günümüzə qədər gəlib çıxıb.

     Sevgilisinin onu tərk etməsinə baxmayaraq insanlar onun bu əvəzsiz kəşfini yüksək qiymətləndirmişdilər. Belə ki, 1922-ci ildə yağışlı avqust səhərlərinin birində ABŞ və Kanadada bütün telefonlar bir dəqiqəlik söndürülür. Amerika Aleksandr Qrexam Belli dəfn edirdi, 13 milyon telefon aparatı isə dahi ixtiraçının şərəfinə susurdu. Telefon qədər bugün ofislərdə istifadə olunan və sənədlərin,eləcə də məktubların ötürülməsində əvəzedilməz rola malik olan faksların da kəşfi maraqlıdır.

     Faks aparatı 1980-ci illərdə kəşf olunsa da, belə bir alətin kəşfi üçün cəhdlərin tarixi 19-cu əsrə qədər gedib çıxır. Belə ki, 1843-cü ildə, hələ telefon kəşf edilməmişdən öncə, ingilis Aleksandr Brain, 1862-ci ildə italyan həkim Giovanni Caselli , daha sonra Amerikalı Elisha Gray , 1902-ci ildə Artur Korn və nəhayət 1925-ci ildə Eduard Berlin faks təmayüllü bir sıra maşın kəşf etdilər. 1964-ci ildə isə Xerox Coorperation “Uzunməsafəli Sürətçıxartma” adlandırdıqları aparatı ictimayətə təqdim etdilər.

     Bu aparat vasitəsi ilə 6 dəqiqə ərzində bir səhifəlik sənədi bir yerdən başqa yerə ötürmək mümkün olurdu. Bu prosses çox ləng getsə də
1970-ci illərdə Yapon şirkətlərinin bazara daxil olması ilə daha asan işləyən, daha sürətli və keyfiyyətli faks maşınlarının istehsalına başladılar. Yuxarıda qeyd etdiyimiz kimi mobil telefonların ixtirası sabit telefon xəttlərinin “yük”ünü nisbətən azaltdı. İndi insanlar ünsiyyət saxlamaq məqsədi ilə istifadə etdikləri mobil telefonların kəşfinə görə Richard H. Frenkiel və Jol S. Engelə minnədar olmalıdırlar. 1947-ci ildə D.H.Ring simsiz telefonun kəşfinə cəhd etsədə , bu cəhd uğurlu nəticələnməmişdi. Yalnız 1960-cı illərdə Richard H. Frenkiel və Jol S. Engelin kompyuter və elektronikadan istifadə etməsi nəticəsində bu proses uğurlu alınmışdı. Onu da qeyd edək ki, ilk mobil şəbəkə 1979-cu ildə Yaponiyada yaradılıb.

     Milyarlarla insanın harda olmalarından asılı olmayaraq, ünsiyyət yaratmaqlarına şərait yaradan Richard H. Frenkiel və Jol S. Engel bu kəşflərinə görə Milli Texnologiya mükafatı ilə təltif olunmuşlar. 2010-cu ildə 53 ölkə arasında aparılmış statistikadan məlum olur ki, ən çox mobil telefon istifadəçisi Çindədir (794,779,000). Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, son il ərzində Azərbaycanda mobil telefon istifadəçilərinin sayı 1,4 milyon və ya 19 faiz artaraq 8,5 milyon nəfər təşkil edib. Xatırladaq ki, 2009-cu ildə ölkədə mobil telefon istifadəçilərinin artımı 1 milyon 209 min 120 nəfər təşkil edərək ümumi göstərici 7 milyon 757 min 120 nəfər olmuşdur. 2010-cu ilin yanvar ayının 1-nə olan vəziyyətə görə hər 100 nəfərə 86,2 mobil rabitə abunəçisi düşür.

Hiç yorum yok:

Yorum Gönder