7 Kasım 2015 Cumartesi

Ata olan zaman edilən 12 kəşf

loading...

1. Mənzil ölümcül təhlükə daşıyan obyektə çevrilir.
Bel nahiyəsindən aşağıda yerləşən bütün əşyalar sizi yaralaya və ya şikəst edə bilər.
Növbəti illərinizi uşağınızı həmin zədələrdən müdafiə etməklə keçirəcəksiniz.
2. Yuxu- bütün erotik fantaziyalarınızı əvəz edəcək. Sadəcə fasiləsiz şəkildə 8 saat yatmaq üçün dünyaları verərdiniz.
3. Keçmişdə nə qədər “tip” olduğunuzu öyrənəcəksiniz. Onun kaprizləri, inadı və xətaları sizə tanış gələcək . Sanki balaca əyri güzgüdür.
4. Qız uşağınız üçün ideal kişi modelinə çevriləcəksiniz. Kişilərlə bağlı zövqü və düşüncələri sizin prototipə əsasən formalaşacaq.
Razı qaynata olmaq istəyirsinizsə düzgün nümunə olun.
5. Hər şeyin sizdən asılı
olmadığını anlayacaqsınız. Uşağınız başı aşağı yerə düşəndə (əgər düşsə yox, düşəndə) dua edəcəksiniz.
(Hətta bundan öncə heç bir dua etməmiş olsanız belə)
6. Siz pis icraçısınız. Artıq həyat yoldaşınız manipulyasiyaya məruz qalıb.
Kiçik dələduzun kiçik diktatora çevrilməsini istəmirsinizsə gün ərzində 50 dəfə belə olsa ona yox deməli olacaqsınız.
Çətin roldur ancaq icra edilməlidir.
7. Özünüzə həsr edə biləcəyiniz sərbəst vaxt yalnız onun yatdığı intervaldır.
Uşağınız əmək məcəlləsini kəskin şəkildə pozur. Onun üçün istirahət vaxtı və həftə sonu kimi anlayışlar yoxdur.
8. Balacadır deyə sakit duracağına ümid etməyin. Əgər əsəbləşsə qırıcı təyyarə reaktorunun səsini çıxaracaq.
9. Yaxşı cizgi filminə hətta 50 dəfə də baxmaq olar.
10. Terroristlərlə danışıqlar aparmaq daha asandır. «O həyətə istəmir. Yox o həyətə istəmir. Yox bu əlcəklər yaraşmır…Yox o barmaqlarını əlcəyin içinə salmayacaq. Yox o hələ də həyətə istəmir. Başqasının olsa da o mənim oyuncağımdır…» Bütün danışıqlar asta səs tonunda, gülərüzlə və mülayimləşdirici nidalardan istifadə olunmaqla aparılmalıdır.
11. Yer üzündə “xoşbəxtlik” var. Körpəniz sizin hisslərinizi daha da iti və dərin edəcək. Onun bir çox sözü və hərəkəti sizin gözlərinizi yaş edəcək. Utanmayın. Bu təbii haldır.
12. Körpəniz üçün at olacaqsınız. Çapılmağa hazırlaşın.
Tərcümə etdi: Nigar Qambarova
Mənbə: Adme.ru

Hiç yorum yok:

Yorum Gönder