21 Kasım 2015 Cumartesi

Bu kəşflər dünyanı kökündən dəyişdi.

loading...
     Keçmiş dövrdəki ilk alətlərdən tutmuş bu gün də istifadə etdiyimiz internet ve ya kosmik vasitələrə qədər hər şey insanın necə yaradıcı bir varlıq olduğunu sübut edir.

1.Lampa

Közərmiş lampalar 1800-ci illərdə kəşf edilsə də, 1829-cu ildə Edison tərəfindən güc qaynağı və kabel sistemi şəklində işıqlandırma vasitəsi olaraq yenidən kəşf edilib. Ona qədər olanlar isə sadəcə axşama qədər işləyirdi.

2. Telefon

Uzun müddət onlarca ixtiraçının tapmaq üçün çalışdığı telefonu ilk dəfə Aleksandr Qraham Bel 1876-ci ildə kəşf edib. Təbii ki, telefonun qlobal informasiya və bugünkü həyatımızdakı rolu müzakirəolunmazdır.



3. Mismar

Mismar olmasaydı, bəlkə də sivilizasiya buralara qədər gələ bilməyəcəkdi. İnsanların metala forma vermələrindən etibarən ortaya çıxan mismar yazıdan da çox, yəni 2000 ildən daha uzun keçmişə sahibdir. Şurupun isə e.ə III yüzillikdə Arximed tərəfindən tapıldığı təxmin edilir.

4. Hamiləlikdən qorunma üsulları

Bu üsullar təbii qaynaqları azalan dünyada əhalinin artım sürətinə nəzarət edilməsinə köməkçi olur. Bununla yanaşı, epidemiya xəstəliklərinin də azalmasında böyük rol oynayıb.

5. Penisilin

Tarixin ən məşhur kəşflərindən biridir. Şotland alimi Aleksandr Fleminqin bu kəşfi indiyə qədər milyonlarla insanın həyatını qurtarıb.

6. Kompas

Əvvəllər dənizçilər istiqamətlərini ulduzlara baxaraq tapırdılar. Amma bu üsul buludlu gecələrdə köməkçi olmurdu. Beləcə, XI yüzillikdə çinlilər dəmirdən kompası kəşf etdilər və yenə dəniz ticarəti sayəsində bu kəşf Avropa və Ərəbistana keçərək təkmilləşdirildi.

7. Təkər

Eramızdan əvvəl 3500-cü ilə qədər insanlar köç etməkdə çox çətinliklər çəkirdilər. Təkər nəqliyyat üçün olduğu qədər, ticarət və kənd təsərrüfatı üçün də çox vacib problemləri həll edib. Günümüzdə isə təkərlər və ya çarxlar saatlardan tutmuş külək turbinlərinə qədər hər şeydə geniş formada istifadə olunur.

8. Daxildən yanan mühərriklər

Müasir mühərriklərin atası sayıla biləcək bu mühərriklər yüksək temperaturda yanacağın "piston" içində yanmasıyla hərəkətə keçir. Kimyəvi enerjinin mexanik enerjiyə çevrilməsini təmin edən bu mühərriklər XIX əsrin ortalarında müasirləşdirildi. İndi isə bu mühərriklərdən təyyarə və maşınlar da daxil olmaqla çox geniş istifadə olunur.

9. İnternet

Milyonlarla insanın məsafə fərqi olmadan əlaqəsini təmin edən internet 1960-cı ildə bir neçə kompyuter mütəxəssisi tərəfindən Amerika Müdafiə Sənayesi üçün təkmilləşdirildi. Bu, dünya üzrə Amerika Kəşfiyyat Təşkilatı CIA-nın yayılmasını təmin etdi.

10. Mətbəə

Mətbəə 1440-cı ildə alman İohan Qutenberq tərəfindən kəşf olundu. Əl vasitəsilə sürətin çıxarılmasını təmin edən bu kəşfin sayəsində 20 milyonluq nüsxə dövriyyəyə buraxıldı. Mətbəə bir çox dinlərin yayılmasında da böyük rol oynadı.

Mənbə: Ölkə.Az

Hiç yorum yok:

Yorum Gönder