3 Kasım 2015 Salı

Dünyanın ən sirli obyektləri: antik dövrə aid kompüter və təyyarə

loading...
Elm adamları və araşdırmaçılar bu əşyaların necə hazırlandığı barədə faktlara malik deyillər

Gələcəyi göstərən xəritə

Türk səyyahı Piri Rəisin 1513-cü ildə tərtib etdiyi, Afrika, Amerika və Cənub qütbünü göstərən xəritənin 1929-cu ildə ortaya çıxması elm adamları üçün sual yaratdı. Çünki Cənub Qütbünün kəşfi xəritənin tərtib edilməsindən xeyli sonraya – 1818-ci ilə təsadüf edirdi. Piri Rəisin xəritəsində isə qitənin buz altında qalmış sahil zolağı da yer almışdı. Qitə üzərindəki buzlar xəritənin çəkilməsindən 6 min il əvvəl ərimişdi.

2000 illik batareya



1938-ci ildə alman arxeoloq Vilhelm Koniq tərəfindən İraqın paytaxtı Bağdad yaxınlığından yaşı 2 min olan batareyanın tapılması rezonansa səbəb oldu. Koniq 13 santimetr uzunluğundakı gil qabın içərisinə bərkidilmiş mis silindr ətrafındakı dəmir çubuq və ağızını asfaltla izoliyasiya edən qurğunu “dünyanın ən qədim batareyası” adlandırdı. Batareyanın 2 volt enerji istehsal etdiyi bildirildi. Qurğunun kəşfilə 1800-cü illərdə müasir batareyanı icad edən Alessandro Volta adlı italyan qrafın nüfuzu zərbə altında qaldı.

Antik dövr kompüteri

1900-cü ildə Qiritdə aparılan araşdırmalar vaxtı elm adamları maraqlı cismə rast gəlirlər. Taxta çərçivə içərisində olan cism torpaqdan çıxarılarkən üzəri dağılır və ortaya maraqlı kompleks quruluşlu sxem çıxır. Araşdırmalardan sonra onun Ay, Günəş və digər planetlərin hərəkət istiqamətini mövqeyini öyrənmək üçün cihaz olduğu məlum olur.

Generalın kəmər toxası

E.ə 300-cü ildə ölən çinli general Çou Çounun məzarında 1956-cı ildə tapılan kəmərin toxasının 85%-i təmiz alüminiumdan hazırlanmışdı. Maraqlı odur ki, ilk dəfə təmiz alüminium XIX əsrdə əldə edilib.

1000 ilə salınan şəhər

Sakit okeanın Mikroneziya adası yaxınlığındakı antik Nan Madol şəhərinin salınmasına e.ə 200-cü ildə başlanıldı və proses 1000 il davam etdi. 250 milyon tonluq nəhəng bazalt bloklarından salınan şəhər 100 süni kanal vasitəsilə birləşdirilib. Bu qədər bazaltın bölgəyə necə gətirildiyi hələ də sirr olaraq qalır.

Qədim təyyarə

E.ə 200-cü ildə ixtira olunduğu iddia edilən qurğu 1898-ci ildə Misirdə bir qəbirdə tapılıb. İlk təyyarə ixtirasına qədər qurğunun nə olması sual altında qalıb. 1972-ci ildə arxeoloq Xəlil Məsihə bunun qədim təyyarə olduğunu bildirdi. Məsihənin sözlərinə görə, qurğunun mükəmməl aerodinamik sxemi var və qanadları “Konkordes”i xatırladır.

Qayaya basdırılmış çəkic

Taxta sap və dəmir toxmaqdan ibarət olan çəkic 1936-cı ildə Texasda yaşı 400-500 milyon il olan qayanın içərisinə basdırılmış formada tapılıb. Müasir alətin qədimiliyi ayrı, amma çəkicin toxmağı üçün istifadə edilən saf dəmiri bu gün də əldə etmək mümkün deyil.

Mənbə: olaylar.az

Hiç yorum yok:

Yorum Gönder