7 Kasım 2015 Cumartesi

Elektrik lampasını kim ixtira edib?

loading...
     Elektrik lampası — elektrik enerjisi ilə qidalanan işıqlandırma avadanlığı.
     XIX  əsrin sonuncu onilliyində  ilk olaraq Avropada, daha sonra isə bütün dünyada istifadə edildi. Elektrik işıqlandırılması elm və  texnikanın tarixində  çox mühüm hadisələrdən biri olmaqla, həm də böyük və  cürbəcür nəticələrə  gətirdi.
     Həmin dövrdə  iki tip: közərmə  və qövs elektrik lampası yaradılmışdı. Onların iş prinsipi Volta qövsünə əsaslanırdı: əgər güclü cərəyan mənbəyinin qütblərinə  qoşulmuş  iki naqilin  əks uclarını bir‐birinə toxundurub sonra bir neçə  millimetr məsafəyə  uzaqlaşdırsaq, bu naqillərin həmin (toxundurulub uzaqlaşdırılan) ucları arasında parlaq işıq saçan alov yaranar. Metal naqillər əvəzinə ucları itilənmiş  (iynə  şəklinə  salınmış) iki kömür çubuq götürüldükdə  bu hadisə  daha gözəl və daha parlaq olar. Bu çubuqları
tətbiq olunan gərginliyin kifayət qədər böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı şiddətə malik işıq əmələ gəlir.

     Yaranma tarixi
     1878-ci ildə ingilis alimi
Cozef şüşə daxilində kömürdən hazırlanmış, közərtmə iynəsi olan şüşə kolba ixtira edir. 1879-cu ildə isə amerikalı ixtiraçı Tomas Edison eyni zamanda elektrik lampası ixtira edir, 1880-ci ildə o, qiyməti 2,5 dollar olan təhlükəsiz lampalar istehsal etməyə başlayır.

Hiç yorum yok:

Yorum Gönder