14 Kasım 2015 Cumartesi

İlk ayaqqabı

loading...
     İlk ayaqqabı olan sandal isti ölkələrdə icad olunub. Şərqdə ayaqlarını isti qumdan qorumaq ilk dəfə hündürdaban ayaqqabıdan istifadə edilib. Keçmişdə ayaqqabıların iki cütü də eyni tikilirdi. İlk sağ sol cütü ayrı olan ayaqqabı 1840-cı ildə ABŞ-nın kraliçası Viktoriya üçün tikilib. 1850-ci ilədək ayaqqabı əldə tikilib, məhz bu ildə Jan Ernest Matzeliger ayaqqabı tikiş maşınını icad edib. Keçmişdə indiki zamandan fərqli olaraq ayaqqabının ayağı isti saxlaması və rahat olması kifayət idi. İlk ayaqqabı sayılan sandal həsirdən toxunub, qızılla bəzədilib. Bu sandal Qahirədəki Qahirə Muzeyində sərgidədir və o, firon Tutanxamunun xəzinələri
arasında yer alır.

     Krasovkanın yaranma tarixi

     1880-ci illərdə London polisi ilk rezin altlıqlı ayaqqabı hazırlayıb. Belə ayaqqabılarda
cinayətkarları qovub tutmaq xeyli asan idi. İlk idman brendlərinin yaranmasında isə idmançıların tələbatı rol oynamışdır. Zaman keçdikcə idman assortimenti o qədər genişlənib ki, krosovkaları idmandan kənar yerlərdə də geyinməyə başlauıblar. İlk dəfə krosovkaları PRADA italyan evi öz nümayişlərinə (1992-ci il) daxil edib. Onun ardınca FENDİ dəb evi qadınlara kedin formasını təkrar edən tufli təklif edib.

     Yaponiyanın avanqard dizayneri Yojdi Yamamoto ilə ADİDAS-ın dueti xüsusilə yaddaqalan olub. Onlar xrizantemalarla bəzənən ipəkdən krosovkalar, krosovka-çəkmələr yaradıblar.

     Ötən əsrin 70-ci illərinin əvvəllərində “Converse” firmasının rahat parusin (qalın kətan parça) tufliləri bütün Amerikada populyarlıq qazanıb.

Mənbə: http://sia.az/


Hiç yorum yok:

Yorum Gönder