8 Kasım 2015 Pazar

İlk kompüter proqramçısı kimdir?

loading...
     İlk kompüter proqramının yaradıcısı Ada Lovelasın 10 Dekabr 1815-ci ildə Londonda doğulub.
     Avqusta ingilis şairi Corc Qordon Bayron və onun arvadı Anna İzabella Bayronun (Anabella) yeganə qanuni övladı idi. Anna İzabella Bayron özünün ən yaxşı ailəvi günlərində  riyaziyyatla məşğul olduğu üçün əri tərəfindən ona <<Paraleloqramlar şəhzadəsi>> ləqəbi verilmişdi. İlk və son dəfə Bayron qızını dünyaya göz açmasından 1 ay sonra 21 aprel 1816-cı ildə görür və rəsmi boşanma kağızı ilə arvadından boşanır və ömrünün sonunadək İngiltərəni tərk edir. Şair ata və riyaziyyata düşkün anadan olan Ada Lovelase (Augusta Ada Byron), 13 yaşındaykən uçan bir maşın hazırlayıb. Dünyada ilk proqramı tərtib etmişdir (bu maşın üçün).<<Tsıkl>>,<<İşçi özək>> terminlərini tətbiq etmiş,ilk proqramçı  hesab olunur.
     17 yaşında riyaziyyat və texnologiya üzərində işə başlayıb. 17 yaşı olanda o evdən kənara çıxmaq hüququ alır və ilk dəfə
olaraq kral və kraliçaya təqdim olunur.Çarlz Bebbic adını isə o ilk dəfə nahar stolu arxasında Merri Sommervil tərəfindən eşidir.Üzərindən bir neçə həftə keçmiş ilk dəfə olaraq o Çarlz Bebbiclə görüşür,görüş zamanı Bebbic yarım əsr ondan əvvəl İsaak Nyuton fəaliyyət göstərdiyi Kembric universitetinin riyaziyyat kafedrasında professor idi.Az sonra miss Bayron o dövrün görkəmli şəxsiyyətləri :Maykl Faradey,Devid Brüster,Çarlz Uitston,Çarlz Dikkens və digərləri ilə tanışlığa müvəffəq olur.
     Öz vəzifəsinin icrasına başlamazdan bir neçə il əvvəl Bebbic 20 rəqəminə qədər hesabı dəqiqliklə aparan loqarifm maşının (dünyada ilk kompüter sayılır) təsvirini verib qurtarmışdı. Ling vasitəsi ilə hərəkət gətirilən çoxsaylı val və çarxlardan ibarət bu maşının çertyoju artıq baş-nazirin masası üzərində olur. 1840-ci ildə Auqustus De Morqandan riyaziyyat dərsləri almağa başladı.
     Mexaniki bir kompüter hazırlayan İngilis Çarles Babbaqein maşını üzərinə yazılmış bir Fransız məqaləni tərcümə edərək ingilis mühəndisə göndərdi. Bundan təsirlənən Babbaqe Ada Lovelasenin məqaləsinə öz əlavə və qeydlərini də etdi.
     Ada çevirdiyi məqalənin üç qatı uzunluğuna çatan öz orijinal qeydlərini Babbaqeya göndərdi və aralarında sıx bir ünsiyyət başladı. Şahzadə Lovelase bu cür bir maşın proqramlanırsa kompleks musiqi əsərləri bəstələmək, qrafik çıxarmaq və kompleks riyazi problemləri həll etmək olacağını qeyd edir.
     Onun hazırladığı proqram, kompüter tarixində konkret bir maşına tətbiq oluna ilk "kompüter proqramı" olaraq qəbul edilməkdədir. 1979-ci ildə ABŞ Müdafiə Nazirliyi tərəfindən inkişaf etdirilən məşhur proqramlaşdırma dillərindən birinə də onun şərəfinə "ADA" adı verilib.
     İlk kompüter proqramçılarından olan musiqi, atlarla və hesab maşınları ilə maraqlanan Ada Aqusta Bayron 27 noyabr 1852-ci ildə 37 yaşında xərçəngdən vəfat edib. Ada Lavleys uşaqlıq (yumurtalıq) xərçənginin müalicəsi zamanı daxili qanaxma səbəbi ilə (onun atası da daxili qanaxmadan vəfat edib) 27 noyabr 1852-ci ildə vəfat edir və Nottinqempşirdə Bayronlar sərdabəsində ömür boyu tanımadığı atasının yanında dəfn olunur.
     1975-ci ildə ABŞ Müdafiə Nazirliyi universal proqlaşdırma dilinin işlənib hazırlanması haqqında qərar qəbul edir.Müdafiə naziri katiblər tərəfindən hazırlanmış ekskursla tanış olur və gələcək proqramlaşdırma dilinin <<Ada>> adlandırılması barədə təkliflə şübhəsiz olaraq razılaşır və bu qərar qəbul olunur. 10 dekabr 1980-ci ildə bu standart proqramlaşdırma dili təsdiq olunur.Beləliklə hər il dekabr ayının 10-da Ada Avqusta Lavleysin ad günündə dünyanın bütün proqramçıları öz peşə bayramlarını qeyd edirlər.

Mənbə: http://simsar.az/

Hiç yorum yok:

Yorum Gönder