3 Kasım 2015 Salı

Kağızın yaranma tarixi

loading...
     Salnamələrə əsasən kağız  b.e.105-ci ilində Tsay Lun tərəfindən Çində icad olunub. Amma 1957-
ci ildə Çinin  şimalında, Şensi əyalətindəki Baotsya mağarasında yerləşən sərdabədə aparılan tədqiqatlar göstərdi ki, kağız ilk dəfə b.e. II əsrində hazırlanıb. VI-VIII əsrlərdə kağız Asiya ölkələrində də istehsal edilməyə başladı.
     Avropada isə kağız istehsalına yalnız IX-XII əsrlərdə başlandı. XV-XVI əsrlərdə kitab çap edən avadanlığın icadı ilə əlaqədar kağız istehsalına tələbat çoxalır. Kağızın inkişafında dönüş dövrü XVII əsrdə baş verdi. O vaxtlar "Roll" adlı üyüdən aparat icad edildi. XVIII əsrin axırında bu aparatların sayəsində küllü miqdarda kağız istehsal olundu. Lakin
üyüdülmüş kağızın əl ilə boşaldılması bu prosesi ləngidirdi.
     1799-cu ildə Fransada Robber kağızhazırlama maşınını icad edərək hərəkət edən torun vasitəsilə kağızın boşaldılmasını avtomatlaşdırmaya çatdırdı. İngiltərəli Furdrinye qardaşları Robberdən patent alıb 1806-cı ildə kağız istehsalı maşınını patentləşdirdilər. XIX əsrin ortaları üçün kağız istehsalı aparatı tam avtomatlaşdırma dərəcəsinə çatdırıldı.


Mənbə: http://www.eastwest.az/

Hiç yorum yok:

Yorum Gönder