7 Kasım 2015 Cumartesi

Rusiyalı mütəxəssislər su ilə çalışan enerji cihazı ixtira edib.

loading...
 
  Far.az verir ki, bu kəşfi “Sygma.Novosibirsk” və “Dubna” adlı iki böyük nanotexnoloji mərkəz gerçəkləşdirib.

     Verilən məluatlara görə, 2015-ci ildə kütləvi satışı planlaşdırılan enerji cihazı hidrogen enerjisinə əsaslanır. “HandiPover” adını daşıyan bu cihaz vasitəsilə mobil telefonlar, naviqasiya cihazları, portativ işıqlandırma sistemləri enerji yığa biləcək.

     “Ewdn.com”da yer alan xəbərdə isə bildirilir ki, bu cihazı ixtira edən mütəxəssislər dünya çapında bu tip texnologiyanın hələ kəşf olunmadığını deyib. Mütəxəssislərin bildirdiyinə görə, cihaz birinci növbədə hərbi sistemdə və epidemiya yayılan bölgələrdə istifadə ediləcək.


     Xatırladaq ki, bu layihə Rusiya Baş naziri Dmitri Medvedyevin də dəstəklədiyi “Skolkovo proyekti” tərəfindən maliyyələşdirilir.

Mənbə: http://legend.az/

Hiç yorum yok:

Yorum Gönder