7 Kasım 2015 Cumartesi

Saqqızı kim kəşf edib?

loading...
     Qədim insan məskənlərində arxeoloji qazıntı aparan arxeoloqlar kiçik qatran parçaları tapırlar. Bu,
 ilk saqqızdır. Qədim Yunanıstan və Yaxın Şərqdə qatran ağacının məhsulu dişləri təmizləmək üçün istifadə olunurdu. 1000 il Mayya hinduları kauçuk ağacının şirəsindən bu məqsədlə istifadə ediblər. Saqqızın ilk istehsalı isə XIX əsrə təsadüf edir. Men ştatı sakinləri - Kurtis qardaşları şam qatranına arı mumu qataraq satırdılar. 1850-ci ildə isə saqqızın tərkibinə parafinli aramatizator qatılır və 4 çeşid «Amerika bayrağı», «200-cü qayanın küknarı», «Şam magistralı», «Yanki şamı» adlı saqqızların
istehsalına başlanılır.
     Kauçukun satışa çıxması ilə onların populyarlığı itir. Kauçukdan saqqız istehsal etmək üçün 1869-cu ildə ohayolu Uilyam Finli Sempl patent əldə etsə də, işləri uğurlu alınmadı. Həmin il kauçuk saqqızı işıq üzü gördü. Nyu-yorklu Tomas Adams istehsala başladı.

Mənbə: http://legend.az/


Hiç yorum yok:

Yorum Gönder