14 Kasım 2015 Cumartesi

Tektonik silahın yaradıcısı qarabağlı İkram Kərimovdur

loading...
     Tektonik silahın yaradıcısı qarabağlı İkram Kərimovdur Süni zəlzələləri törədə biləcək
vasitələrdən biri kimi tektonik silahlar göstərilir. Lakin bu silahların mövcudluğu barədə yalnız ehtimallar var. Qeyd edək ki, tektonik silah yerin altında toplanan enerjidən istfadə edərək zəlzələ, vulkan püskürməsi və buna oxşar təbii fəlakətlər törədə biləcək hipotetik qurğu, yaxud sistemdir. “Tektonik silah” termini ilk dəfə 1992-ci ildə istifadə olunub. Amerikalı alimlər isə belə bir qurğunun yaradılmasını mümkün hesab etsə də, müasir dövrdə belə ehtimalın az olduğunu iddia edirlər. Lakin bununla belə tektonik silahın yaradılması cəhdləri olub.
     Amerika başda olmaqla dünyanın bir çox ölkəsi tektonik silah üzərində baş sındıran zaman artıq SSRİ-də bu mövcud idi. Bu gün bir çox insanın xəbəri yoxdur ki, dünyada ilk tektonik silahın yaradıcısı həmyerlimiz, qarabağlı, zəlzələşünas alim İkram Kərimov olub. Ağdam rayonunda anadan olan İkram Kərimovun adı bu günə qədər Rusiya arxivləri tərəfindən gizli saxlanılır və onun barəsində məlumatları əldə etmək olduqca çətindir. Əldə etdiyimiz məlumata görə, İkram Kərimov 40-a yaxın elmi işin müəllifi olan Şamo Rəhimovun tövsiyəsi ilə bu elmə gəlmişdir. Professor dərəcəsi alan İkram müəllimin 1968-ci ildə “Merkuri-18″ məxfi proqramı
(kod: NİR № 2M 08614 PM) Qırğızıstanın Batken şəhərindən 50 kilometr məsafədə yerləşən poliqonda işə başlayıb və dünyanın ilk tektonik silahını ixtira edib. İkram Kərimovu Şamo Rəhimovun layiqli davamçısı hesab etmək olar. Məhz Şamo Rəhimovun tövsiyəsi ilə İkram Kərimov seysmologiya ixtisasını seçərək, tezliklə ona şöhrət gətirən yeni elmi araşdırmaları ilə tanınmış alimlərin marağına səbəb oldu. Bunu nəzərə alaraq, SSRİ Müdafiə Nazirliyi İkram Kərimov başda olmaqla, bir qrup alimi gizli seysmik laboratoriyalarda aparılan və tektonik silahın kəşf edilməsinə yönələn tədqiqat işlərinə cəlb etdi. Sonralar “Soverşenno sekretno” qəzeti yazırdı:
     “70-ci illərin sonlarında azərbaycanlı alim İkram Kərimov və onun rəhbərlik etdiyi elmi tədqiqat qrupu zəlzələlərdən öncə yüksək tezliklərdə baş verən anormal dəyişikliklərə diqqət yetirdilər. Əvvəllər belə zəlzələ xəbərçilərini yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimov və onun qrupu yeni elmi metodla adıçəkilən cihazlara ehtiyac olmadan öncədən zəlzələ əlamətlərini müəyyən etmişdilər”.
        Tektonik silahın yaradıcısı qarabağlı İkram Kərimovdur. Bir neçə il ardıcıl olaraq keçirilən sınaqlardan sonra SSRİ Kəşflər və İxtiralar Komitəsi Kərimovun yeni metoduna patent verərək, onu qeydə aldı. Bu kəşf məhz SSRİ Müdafiə Nazirliyi tərəfindən “Merkuri” kodu adı altında həyata keçirilən geofiziki (tektonik) silahın hazırlanmasında istifadə edilməyə başladı. 1987-ci il noyabr ayının 30-da isə Sov. İKP MK və SSRİ Nazirlər Kabineti 1384-345 saylı qətnamə qəbul edərək, geofiziki silahın yaradılması barədə alimlər qarşısında yeni vəzifələr qoydu.
     Ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılması nəticəsində Kərimov və onun qrupu dağıdıldı və dünyanın bir neçə ölkəsinə köçürüldülər. 1995-ci ilə qədər ölkədə qalan Kərimovun qrupunu dünyanın müxtəlif bölgələrinə səpələyən rus kəşfiyytına sızmadan sonra Kərimovun evinə basqın edən Amerika kəşfiyyatı onun bütün tədqiqatlarının surətini oğurlamağa nail olur. Bu hadisədən sonra Kərimov öz qrup üzvlərinin ancaq Cənubi Afrika Respublikasında təhlükəsiz yaşayacağına dair təminat aldı.
     NASA İkram müəllimin 1995-ci ildə dediyi sözü bu yaxınlarda təsdiqlədi ki, qütblərdəki buzların əriməsi atmosferin deyil, Yer qabığının qızması ilə bağlıdır və ondan sonra NASA siyasətini dəyişməyə başladı.
     Bir maraqlı faktı qeyd etmək lazımdır ki, Spitakda 1988-ci ildə baş verən zəlzələ də onu ittiham etmələri idi. Onlar hesab edirdilər ki, Kərimov silahı Ermənistan üzərində sınayıb və ermənilərdən qisas alıb.
     Hazırda alimin adı dünyanın 10 qızıl aliminin adı arasındadır və onun kəşfləri bütün dünya alimlərini heyrətləndirməkdə davam edir. Heyf ki, bu alim barəsində qapalı informasiya mühiti var. 
Mənbə: /karabakinfo.com/

Hiç yorum yok:

Yorum Gönder