16 Ocak 2016 Cumartesi

İxtira

loading...
     İxtira mövcud olmayan materiya konstruksiyası və ya yeni xüsusi üsul olub, təsərrüfat üçün
əhəmiyyətə malikdir. Yeniliyi tapanlara ixtiraçılar deyilir. İxtiraçı adını almaq üçün verilmiş problem həllinin ixtiraçılıq səviyyəsi olmalıdır. İxtira kimi qurğu, üsul, əşya, bitkilərin və heyvanların hüceyrələrinin quruluşlarının təsviri göstərilə bilər. İxtira sənaye mülkiyyəti sayılır. İxtiraçılıq hüququ patentlə müdafiə olunur. Bu hüquq müəyyən vaxta və əraziyə aid edilir.
     İlk ixtiralar bugünkü insanların əcdadlarına aid edilir. Onlar təbiətdə gündəlik qidalarını əldə etmək üçün görülən işlərini asanlaşdırmaq üçün alətlər düzəltmişlər. İnsan başa düşəndən sonrakı, daş insan əlinin məhsuldarlığını kəskin artırır, onlar daş alətlərinə xüsusi forma verməklə daha yeni alətləır ixtia edirlər. Beləliklə, xəncərin ixtirası baş verir. İnsan intelliqenti zənginləşdikcə onlar təbiətdə mövcud olan qanunauyğunluqları kəşf etmiş və öz gündəlik problemlərinin həlli üçün sonsuz sayda ixtiralar etmişlər.

     İxtira etməyi nə sənət, nə də elm kimi başa düşmək lazımdır. Bu əqli əmək olub, müəyyən problemi aşkar edib onun həllinin göstərilməsindən ibarətdir. Hər bir insan ixtiraçı ola bilər. Burada ideyaya malik olub, onu həyata keçirmək iradəsinə malik olanlar ilə başqaları fərqləndirilirlər.

Hiç yorum yok:

Yorum Gönder