17 Ocak 2016 Pazar

"Zaman maşını"

loading...
     İranlı Əli Razeqi insan həyatının 8 il sonrakı mərhələsini tam olaraq göstərən “zaman maşını” yaratdığı iddasındadır. Məlumatların 98% dəqiq olduğunu iddia edən 27 yaşlı ixtiraçı bunun hazırlanmasına 10 il vaxt sərf edib. O, artıq Strateji araşdırmalar mərkəzində ixtirası üçün patent alıb.
     İxtira haqqında məlum olan yeganə məlumat onun çox da böyük ölçüdə olmamasıdır. İxtiraçı həmçinin başqa ölkələrin də bu kimi ixtiralar etmək istəyini nəzərə alaraq layihənin dəyərini qeyd etməkdən çəkinir.
     “Zaman maşını”nın insanlığa çoxlu fayda verə biləcəyi də qeyd olunur. Belə ki, onun köməyilə hərbi münaqişələrin qarşısını almaq və digər məslələri həll etmək mümkündür.
     Əli Razeqinin tək şikayəti isə qohumlarının onu ixtirasını “Allahın işinə qarşımaq” adlandıraraq təqsirləndirmələri ilə bağlıdır. Onlar bu ixtiranın adət-ənənələrə qətiyyən uyğun olmadığını bildirirlər.
     Qeyd edək ki, Əli Razeqinin müxtəlif ixtiralar üzrə 180 patenti var. İlk patenti isə o 17 yaşında almışdır.
     Hələlik prototipin yaradılmasını düşünməyən Razeqi ixtirasının oğurlanmasından ehtiyyatlanır.

Mənbə: http://aznews.az/

Hiç yorum yok:

Yorum Gönder