11 Ağustos 2017 Cuma

Əkiz uşaq dünyaya gətirən ilk qadın kimdir?

loading...
        Bütün insanların atası Adəm, anası Həvva hesab olunur. Adəmin yaranışı ilə bağlı ayələrə fikir verəndə görürük ki, Adəm torpaqdan yox, torpaqda yaranmışdır, torpaqdan bir bitki kimi cücərib çıxmışdır.
        Adəm - kəlməsi Ərəb dilinin də mənsub olduğu Sami dil ailəsində yer qabığı, torpaq örtüyü, baba, ata, Kəldani dilində isə adam, lider, öndər mənalarına gəlir. Allah bu dünyada heç bir kəsi tək qoymaz. Adəmi də bu yolda tək qoymadı, ona Həvvanı yolladı. Allah bizim ata və anamız olan Adəm və Həvvaya cənnətdə yer verdi. Onlar cənnətin meyvələrindən yeyib, həyatın dadını çıxarırdılar. Orada onlar üçün hər şey hazırlanmışdı. Çeşidli ağaclar, ətirli və dadlı meyvələr... Adəmə sınaq meydanı verilən kimi, İblisin - Şeytanın əlinə fürsət düşdü ki,
Adəmdən intiqam alsın və onu sapdırıb, fəlakətə uğratsın. O, Adəmlə Həvvaya yaxınlaşıb onları qadağan edilmiş ağacın meyvəsindən yeməyə şirnikləndirdi. Aldadıb dedi ki, bu meyvədən yemək, əksinə, sizə xeyir gətirər.

   Bu səhvlərinə görə, onlar cənnətdən çıxarıldılar və yerə göndərildilər. Beləliklə, Adəm və Həvva yerdə yaşamağa layiq görüldülər. Onların cənnət geyimləri əyinlərindən çıxdı və hər ikisinin eyibləri göründü. Bu tarixdə Adəm və Həvvanın cənnətdən qovulması adlanır. Yerdə onların ilk görüşü Ərəfat dağında baş tutur. Uzun zaman keçir; Adəm və Həvvanın iki oğlanları dünyaya gəlir. Azens.az-ın məlumatına görə, onlar Qabil (ing. Cain) və Habil (ing. Abel)  adını daşıyırdılar. Bir-birindən fərqli xasiyyətə malik idilər.
           Quran`i-Kərimdə Adəmin adı çox zikr edilsə də, Həvvanın adı heç bir surədə və ayədə zikr olunmur. Adəmin həyat yoldaşının adının Həvva olması fərziyəsi isə İsrail qaynaqlarından bilinir. Bununla belə Həvva kəlməsi Ərəb dilində Hayy kəlməsindən törədildiyi fərziyəsi vardır ki, bu da diri olan, diridən yaranan mənasına gəlir.
           Daha sonra onların üçüncü oğlu dünyaya gəlir ― Şeys (ing. Seth). O dünyaya gələrkən Adəmin 130 yaşı vardı. Onun adı hədislərdə peyğəmbər kimi xatırlanır. Uzun zaman sonra Adəm və Həvvanın əkiz uşaqları dünyaya gəlir. Lakin rəvayətə görə, həmin əkizlər dünya tufanı nəticəsində ölmüşlər.
           Azens.az-ın məlumatına görə, qədim türk kitabında Həzrət Adəm və Həvvanın övladlarının sayı barəsində deyilir: Həvva hər dəfə hamilə olanda bir oğlan və bir qız (əkiz) dünyaya gətirirdi. Hər doğuşdan olan qız o biri doğuşdan olana verilirdi. (Hər doğuşdan olan qız, digər doğuşdan olan oğlanla əqd edilirdi). Ardından yazılır: O (Həvva) yüz iyirmi övlad dünyaya gətirmişdir.

           Lakin Həzrət Adəmin övladlarının sayı barəsində qəti nəzər mövcud deyil.

Hiç yorum yok:

Yorum Gönder