12 Ağustos 2017 Cumartesi

Pozitronun kəşfi

loading...
        Hələ 1931-ci ildə ingilis alimi Pol Dirak nəzəri olaraq təbiətdə kütləsi elektronun kütləsinə, yükü müsbət və elektronun yükünə bərabər olan bir zərrəciyin mövcud olduğunu söyləmişdi. Bu zərrəcik pozitron adlandırıldı və 1932-ci ildə C.Anderson təcrübi yolla kosmik şüaların tərkibini maqnit sahəsinə qoyulmuş Vilson kamerasının köməyi ilə tədqiq edərkən pozitronu-elektronun əksini (antizərrəciyini) kəşf etdi. Zərrəciyin buraxdığı üçün meyletmə istiqamətinə görə onun yükünün işarəsi təyin olundu. İzin əyrilik radiusuna və zərrəciyin enerjisinə görə onun yükünün kütləsinə
nisbəti təyin olunmuşdu. Bu nisbətin mütləq qiyməti elektron üçün həmin nisbətin qiyməti üzərinə düşmüşdür. Eyni zamanda Dirak söyləmişdir ki, pozitron ilə elektron qarşılaşdıqda böyük enerjili fotonlor doğurmaqla hər ikisi məhv olacaq- antihilyasiya edəcək. Bunun əksi olan proses-elektron-pozitron cütünün yaranması prosesi də gedə bilər. Pozitron e+ yaxud β+ ilə işarə olunur, onun spini ħ/2-dir və o leptonlar qrupuna daxildir (burada ħ=h/2π, h-Plank sabitidir), maqnit momenti μ=(1,001162±0,000004)•eħ/2mec burada (e, me- elektronun yükü və kütləsi, c-işıq sürətidir). Pozitron digər zərrəciklərlə yalnız elektromaqnit və zəif qarışlıqlı təsirdə ola bilir. Hazırda
yaxşı məlumdur ki, zərrəcik cütünün yaranması və onların antihilyasiyası yalnız elektron və pozitrona məxsus deyildir. Sonralar bütün zərrəciklərin əkizləri-antizərrəcikləri tapıldı. Misal olaraq antiproton və antineytronu göstərmək olar. Antiprotonun elektrik yükü mənfidir. Zərrəcik və antizərrəcik( həmin zərrəciyin əkizi) eyni yaşama müddətinə , eyni kütləyə, işarələri əks olan bərabər elektrik yükünə malik zərrəciklərdir. Zərrəcik və antizərrəcik cütlərinin ən ümimi xarakterik xassəsi, bir biri ilə toqquşarkən antihilyasiya edərək (öz-özlərini yoxetmə) digər növ zərrəciklərə cevrilməsidir.





Hiç yorum yok:

Yorum Gönder