6 Ağustos 2017 Pazar

Televizorun yaranma tarixi

loading...
        Televizor bir dəfəyə və yalnız bir insan tərəfindən icad edilməmişdir. Televizorun əsası
1873-cü ildə V.Smitin tərəfindən icad edilmiş foto effekt olub. Ondan sonra 1884-cü ildə P.Nipkovıyın tərəfindən skanlaşdıran diskin icadından sonra maxaniki televizorun yaradılmasına səbəb olmuşdur, bu 1930-cu illərdə populyar idi. 1925-ci ildə Nipkovıyın icad etdiyi disklər vasitəsi ilə Bedromun tərəfindən Böyük Britaniyada, Cekinson tərərfindən ABŞ-da və L.S.Termenov tərəfindən SSSR-də televizor yaradılmışdır.
        10.10.1906-cı ildə icadçı Maks Dikman, tələbəsi K.Ferdinanda və Q.Qlage görünüşün (təsvirin) ötürülməsi üçün Braunun trubkasını patentləşdirirlər. Braun özü
bu ideyaya qarşı idi, bunu mənasız hesab edərək.
        1907-ci ildə Dikman tərəfindən 3x3 ölçülü televizor təqdim edilmişdir.
        Hal-hazırki elektron televizorun ilk patentini professor Boris Rozinq almışdır. Lakin o ancaq 09.05.1911-ci ildə hərəkətsiz təsvirin yayımını əldə edə bilmişdir.
        Nəhayət, ən uğurlu icad edilmiş ilk televizor trupkası “İkonoskop” olmuşdur 1923-cü ildə Vladimir Zvorıkin tərəfindən (o zaman Radio Corporation of America-da çalışırdı). İkonoskop – kütləvi televizor-radio texnikaları üçün istehsal olunan televizor trupkası olmuşdur.
        Hərəkətli təsvirlər ilk olaraq 26.06.1928-ci ildə Daşkənddə B.Qrabovskiy və İ.F.Belyanskiy tərəfindən yayımlanmışdır. Lakin bu yayım çox kobud və qeyri-təmiz alınmışdır. Amma məhz bu təcrübədən sonra televiziya yayımının yaranmasına səbəb olmuşdur.
        Başqa mənbələrdən isə deyilir ki, ilk hərəkətli təsvir 26.01.1926-cı ildə şotlandlı icadçı C.Beydrom tərəfindən icad edilmişdir.
        İlk ağ-qara və səssiz televizorlar natist Almaniyada 1929-cu ildə yaranmışdır. Həmçinin, ağ-qara televizorlar 1949-cu ildə SSSR-də yaranmışdır.
        Beləcənə sonradan daimi teleyayımlar yarandı, sonra televizorlar getdidkcə müasirləşdilər, ağ-qaradan rəngliyə keçdilər, sonra yekə televizorlar nazik plazma və LCD ilə əvəz edildilər, onlar da sonradan ondan da nazik LED ilə əvəz edildilər və hal-hazırda icadçıların üzərində işlədikləri 3D texnologiyaları inkişaf etdirməkdədirlər.

Hiç yorum yok:

Yorum Gönder