11 Ağustos 2017 Cuma

Termosu kim icad edib?

loading...
         Uzun illərdi məişətdə işlətdiyimiz termos üzərində 3 nəfər 25 il işləmişdir.
   1879-cu ildə alman fiziki, professor A.Vayndhold divarları arasında boşluq olan qabdan istifadə etmişdir. Bu qabı professor özü hazırlamışdır və 1881-ci ildə özünün “Vayndhold butulkası” adlandırdığı qabın təsvirini vermişdir.
          1890-cı ildə ingilis alimi, kimyaçı Ceyms Dyüar “Vayndhold butulkası”nın divarlarına gümüşü təbəqə çəkərək onu təkmilləşdirmişdir. Bu gümüşü təbəqə şüşənin istilik itkisini azaldır. Alim bunu “termos” adlandırır.
          Və nəhayət, Almaniyanın Berlin şəhərindən olan şüşəüfürən R.Burker 1904-cü ildə başa düşmüşdür ki, bu butulka məişətdə çox kara gələ bilər. O, butulkaya mühafizə təbəqəsi düzəldib satmağa başlayır. Hal-hazırda məişətdə işlətdiyimiz termos belə yaranmışdır.
  AZENS.AZ



Hiç yorum yok:

Yorum Gönder