13 Eylül 2017 Çarşamba

Bu gün adət etdiyimiz əşyaların ilk nüsxələri - FOTO

loading...
        Biz ətrafımızda olan əşyalara o qədər adət etmişik, bəzən onların daim var olduğunu və onlarsız həyatın mümkünsüz olduğunu düşünürük. Ancaq, təbii ki, onlar da nə vaxtsa ixtira olunublar, sonra isə təkmilləşiblər. Sizlərə həmin əşyalardan bəzilərinin ilk nüsxələrini təqdim edəcəyik.

İlk rəqəmsal fotokamera

1975-ci ildə Kodak kompaniyasında işləyən mühəndis Stiven Sasson Fairçhild istehsalı olan PZS matrisasına əsaslanan ilk rəqəmsal  fotoapparatı ixtira edir. Kamera təqribən 3 kq ağırlığında idi və 100x100 piksel (0,01 meqapiksel) ölçüsündən şəkilləri kompakt kassetlərin maqnit lentinə çəkməyə imkan verirdi. Bir kadr 23 saniyəyə yazılırdı.


İlk tibbi şpris

Venadaxili inyeksiyalar XVII əsrin ortalarından istifadə olunmasınqa baxmayaraq, bu gün tanıdığımız formada şpris 1853-cü  ildə baytar Çarl Qabriyel Pravaz və Aleksandr  Vud  tərəfindən (bir-birlərindən xəbərləri olmadan) ixtira olunub.

İlk şprislər kauçuk silindrdən hazırlanıb. Onun daxilində yaxşı sıxışdırılmış dəri və xaricə çıxmışı olan metal asbet var idi. Silindrin o biri başına  iynə bərkidilirdi. Silindir şəffaf olmadığından doza milin üzərində göstərilirdi.

İlk diyircəkli qələm

Müasir diyircəkli qələm  macar jurnalist Laslo Biro tərəfindən 1931-ci ildə (1938-də patentləşdirilib) hazırlanıb. Jurnalistin uzun illər yaşadığı Argentinada bu gün qələmlər onun şərəfinə biro adlandırırlIr.

İlk mikrodalğalı soba

Dünyada ilk  belə qurğu Radarange SVÇ mikrodalğalı soba  1947-ci ildə Raytheon  firması tərəfindən hazırlanıb. Bu texnika yemək hazırlamaq üçün yox, ərzaqların tez donunun açılması üçün nəzərdə tutulmuşdu və ancaq hərbçilər tərəfindən əsgər yeməkxanalarında  və hospitaldakı yeməkxanalarda istifadə olunurdu. İlk mikrodalğalı sobanın hündürlü insan boyuna bərabər idi, çəkisi isə 340 kq olub.

İlk uzaqdanidarəetmə pultları

İlk naqilsiz  uzaqdanidarəetmə pultları  1956-cı ildə amerikalı  Robert Adler tərəfindən hazırlanıb. Mexaniki pult kanala verilən tapşırıq və səs üçün istifadə olunurdu. Hər bir plastina  müxtəlif tezlikli  səs buraxırdı. Televizorun sxemi isə bu tezliyi qəbul edirdi.

İlk yapışdıcı lent və ya skotç

İlk yapışdırıcı lent 1901-ci ildə  alman aptekçisi OskarTroploviç tərəfindən ixtirak edilib. «Leykoplast» adlandırılan yapışdırıcı lent zədələnmiş dərinin mühafizəsi üçün nəzərdə tutulmuşdu. Leykoplastın  istehsalına 1921-ci ildə başlanılır.

Qeyd edək ki, əvvəllər kley lentin ancaq kənarlarına  çəkilirdi. Bu səbəbdən amerikalılar 1925-ci ildə Dik Dryu tərəfindən istehsal olunan  lenti şotlant xəsisliyi barədə yayılan əfsanəyə uyğun «skotç» adlandırmışdılar (scotch —  ingilis dilindən tərcümədə şotlandiyalı, şotlandiya malı deməkdir).

İlk müasir sabun

Sabun hələ qədim Şümerlər dövründən hazırlansa da, ilk kütləvi istehsal  1879-cu ildə Procter & Gamble kompaniyası tərəfindən İvory Soap adlı sabunlarla olmuşdur.

İlk kimyəvi kibrit

İlk kibritlər 1805-ci ildə  fransalı kimyagər  Jan Şansel tərəfindən hazırlanıb.

İlk diş şotkası

Dünyada ilk diş şotkası İslam dünyasında istifadə olunub. Həmin dövrlərdə  dişlərin təmizlənməsi  üçün jdezinfeksiya xüsusiyyətinə malik xüsusi kötüklə (mısvak) təmizlənirdi.

Müasir diş şotkalarının ilk nüsxəsi isə 1780-ci ildə ingilis  Viyam Edis tərəfindən istehsal olunub. Bu şotkalar sümükdən və qaban tükündən hazırlanırdı (sonradan məlum oldu ki, qaban tükü gec quruduğundan  orada zərərli bakteriyalar yaşaya bilərdi).

İlk təhlükəsizlik yastığı

Amerikalı ixtiraçı Allen Brid tərəfindən hazırlanıb və 1967-ci ildə  Kraysler firmasına təqdim edir. Balışın ilk nüsxəsi 1972-ci ildə Oldsmobilğ Toronado avtomobilində təqdim olunub.

İlk təhlükəsiz ülgüc

1901-ci ildə Kinq Jillett dünyaya ilk təhlükəsiz ülgücünü təqdim edir.

İlk termos

Termos təsadüfən hazırlanan yeganə əşya deyil. Ceyms Dyuyar oksigen, hidrogen, azot maye qazının uzunmüddətli saxlanması problemi ilə məşğul olub. Dyuyar kolbalar şəklində dar boğazından ilə öz qabı hazırlayıb. İstiliyi izolyasiya etməni yaxşılaşdırmaq üçün alim kolbanın daxili hissəsini nazik təbəqə gümüş çəkdi. (1898-ci ildə indiyədək bu qada Dğöara qabı deyirlər). Almaniyalı Reynold Berger tez başa düşdü ki, bundan kommersiya qazancı almaq olar. Beləliklə, berlin şüşə alətlər istehsalçısı dünyada ilk termosu yaradıcısı oldu.

İlk konservlər

18-ci əsrdə Nikolya Fransua Apler tərəfindən  hazırlanıb. İlk əvvəllər əsgərlər üçün meyvə püresi, bulyon və sair buk kimi ərzaqlar üçün nəzərdə tutulan şüşə bankalardan istifadə olunurdu.

İlk zəncirbənd

Dünayda ilk zəncirbənd  116 il öncə  Uitkomb Cadson tərəfindən hazırlanıb. O bunu ayaqqabı bağını bağlamaqda çəkinlik çəkən xəstə dostu üçün hazırlamışdı. 

Mənbə: http://faktxeber.com

Hiç yorum yok:

Yorum Gönder