13 Eylül 2017 Çarşamba

Dünyaya yeni növ insan gəlir - Alimlərdən yeni ixtira

loading...
        Uğurla aparılan elmi tədqiqatlar belə deməyə əsas verir ki, tezliklə elm yumurta hüceyrələrinin iştirakı olmadan dünyaya uşaq gətirməyə imkan verəcək.
        Bu yolla artıq sağlam siçanların doğulmasına nail olunub. Spermatozoidləri normal yumurta hüceyrələrini mayalandırmağa “inandırmaqla” buna nail olmaq mümkün olub. Beləliklə, gələcəkdə qadınların iştirakı olmadan sintetik yumurta hüceyrələri ilə döl yaratmaq artıq fantaziya deyil, reallıqdır.
Bu eksperiment Britaniyanın Bat Universitetinin mütəxəssisləri tərəfindən aparılır.
Dünyaya yeni növ insan gəlir - Alimlərdən yeni ixtira

        Onlar müxtəlif kimyəvi maddələr vasitsi ilə spermatozoiləri ” aldatmağı” bacararaq psevdoembrion yarada biliblər. Psevdoembrion adi hüceyrəyə bənzəyib, bölünmə və öz DNK-sına nəzarət xüsusiyyətlərinə malikdir.
        Siçanlar üzərində aparılan araşdırmalarda hamiləlik ehtimalı 25% uğurla nəticələnib.
        "İlk dəfə sübut etmək mümkün oldu ki, sperma yumurta hüceyrəsi ilə bağlı olmayan digər hüceyrələrlə birləşərkən də sağlam nəsil törətməq qabiliyyətinə malikdir",- deyə doktor Toni Perri bildirib. Bu bizim minillik təsəvvürlərimizi dəyişdirəcək. Eksperimentlər nəticəsində doğulan siçanlar sağlam, normal həyat sürürlər. Gələcəkdə ana olmadan laboratoriya şəraitində süni yumurta hüceyrələri ilə insan yartamaq mümkün olacaq.

Hiç yorum yok:

Yorum Gönder