13 Eylül 2017 Çarşamba

Lift necə yaranıb ?

loading...

        İnsanlar yüksəklərə qalxır. İndi işə və ya evə çatmaq üçün vertikal şəkildə ictimai nəqliyyat hesab edilən liftdən istifadə etmək lazım gəlir.



lift ile ilgili görsel sonucu        Bir, iki, üç - getdik! Kabinə saniyədə 17 metr sürətlə  yuxarı qalxır. Burada lift  düz qapının qarşısında dayanır. Qapı astaca açılır və kabinədən mühəndis-sınaqçı çıxır. Lifti binada quraşdırmazdan əvvəl onu bir neçə dəfə sınaqdan keçirirlər. Həssas cihazlar kabinənin cüzi titrəməsini və zərbələri qeydə alır. Səs isə mikrofonla ölçülür. Lift balaca və bağlı olduğundan, çoxları burada qorxu hissi keçirir. Ona görə də elə etmək lazımdır ki, lift işləyərkən səs salmasın. İndi ikimərtəbəli, yəni iki kabinədən ibarət lift sınaqdan keçirilir. Belə liftə iki dəfə artıq sərnişin yerləşə bilər. Axı liftdə də tıxac olur.
        Şəhərlər böyüdükcə, insanlar da yavaş-yavaş yüksəklərdə yaşamağa və işləməyə başlayır. Dünyada lift istifadəçilərinin sayı  üç  milyarddan çoxdur. Qədim yunan riyaziyyatçısı və mexaniki
Arximed kəndir və mürəkkəb maşın sisteminin köməyi ilə hərəkətə gələn yük qaldıran maşın ixtira etmişdi. Qədim Romada qladiatorların yırtıcılarla vuruşması zamanı heyvanları meydanın mərkəzinə lift ilə çıxarırdılar. 1793-cü ildə rus mexaniki İvan Kulibin Qış sarayı üçün sərnişin liftinin konstruksiyasını təklif etsə də, insanlar ondan istifadə etməkdən dəhşətli dərəcədə qorxurdular.
        Panoramalı lift daha çox iri ofis və ticarət mərkəzlərində quraşdırılır.
        Qorxu hissi 1854-cü ilədək davam etdi. Həmin il amerikalı İlayşa Otis öz amansız nömrəsini nümayiş etdirdi. Otisi camaatın gözü qarşısında platformada 15 metr hün­dürlüyə qaldırdılar. Bu vaxt onun köməkçisi platformanı saxlayan kəndiri kəsdi. Platforma bir neçə santimetr aşağı endi və öz-özünə dayandı. İş burasındadır ki, Otis tormoz mexanizmini icad etmişdi. Qaldırıcı tros boşalan kimi resor dərhal düzəlir və lifti saxlayır. Düz üç ildən sonra Nyu-Yorkda ilk sərnişin lifti işləməyə başladı.
        İndi hündür binaları liftsiz təsəvvür etmək mümkün deyil. Liftin işləmə prinsipi belədir: ağırlıq qaldıran mexanizmin üstündən keçən trosun bir tərəfindən kabina, digər tərəfindən isə əks ağırlıq asılıb. Əks ağırlıq mühərrikin üzərinə düşən yükü azaltmaq üçündür. Müasir konstruksiyalarda tros əvəzinə kəmərdən istifadə olunur. Belə liftlə daha yüksəyə qalxmaq mümkündür - rekord 500 metrdir. Bu cür iki lift dünyanın ən hündür binası sayılan «Bürc Dubay» göydələnindədir.

Hiç yorum yok:

Yorum Gönder