13 Eylül 2017 Çarşamba

Radionu kim ixtira edib?

loading...
Shagird.az - Radionu kim ixtira edib?- Maraqlıdır
        Radionun nə qədər böyük bir icad olduğu haqda bu gün heç düşünmürük. Ancaq 100 il əvvəl bir İtalyan gənc radiodan ilk səsi aldıqda heç kəs qulaqlarına inanmamışdı. 
        1895-ci ildə, İtaliyanın Boloqna şəhərində yaşayan Quqlielmo Marconi adlı bir gənc bir kilometr aralıda yaşayan qardaşına siqnal göndərdi. Qardaşı siqnalı qəbul edərkən silahıyla havaya iki dəfə atəş açdı. 

Shagird.az - Radionu kim ixtira edib?- Maraqlıdır
        İtalyan hökuməti bu gənc ixtiraçının ixtirası ilə heç maraqlanmadı. Ancaq gəncin İrlandiyalı anası ona sona qədər dəstək göstərdi və oğlunu İngiltərəyə göndərdi. İngiltərədə gənc ixtiraçı yüksək cəmiyyətin üzvü olan bir qohumunun yanında yaşamağa başladı. 
        Marconi İngiltərədə iki elm adamı ilə birlikdə çalışmağa başladı. O, 1897-ci ildə bir simsiz teleqraf şirkəti qurdu. Burada apardığı işlərin nəticəsi olaraq daha uzaq məsafəyə siqnallar göndərməyi öyrəndi. 1899-cu ildə Marconi tarixdə ilk dəfə olaraq, simsiz teleqraf siqnalını La-Manş boğazının üstündən keçməklə Fransaya göndərdi. 
Shagird.az - Radionu kim ixtira edib?- Maraqlıdır
        Q. Marconi radio dalğalarının bütün Yer kürəsini əhatəyə alacağına inanırdı. 12 dekabr 1901-ci il tarixdə radio dalğaları Atlantik okeanını keçib Amerikaya çatdı. Bu hadisə bütün dünyada böyük əks-səda doğurdu. Marconinin sistemi çox keçmədən İngilis və İtalyan donanması tərəfindən istifadə olunmağa başladı. O özü isə gördüyü işlərin nəticəsində çox varlandı. 
        Böyük ixtiraçı 1937-ci ildə vəfat etdi. Onun ölüm xəbəri bütün dünyanın radio stansiyalarında eyni vaxtda yayımlandı, növbəti iki dəqiqə ərzində isə stansiyalar siqnal göndərməyib ixtiraçıya hörmət əlaməti olaraq işlərini dayandırdılar

Hiç yorum yok:

Yorum Gönder