13 Eylül 2017 Çarşamba

Yuxuda edilmiş kəşflər

loading...
        Məktəbdə oxuyan hər kəs bilir ki, Mendeleyev məşhur kimyəvi elementlər cədvəlini məhz yuxuda görüb. Bəziləri bunun həqiqət olmadığını iddia edir. Sadəcə cədvəl üzərində işləyən Mendeleyev axır zamanlar çox pis yatır, yarı yuxulu, yarı oyaq vəziyyətdə olurdu. Amma buna rəğmən yuxuda edilən kəşflər ilə bağlı hekayələr Mendeleyev ilə yekunlaşmır.

10-cu yer

Mesrop Maştots, erməni əlifbasının yaradıcısı iddia edir ki, əlifbanı yuxuda ona mələk göstərib.
yuxu ile ilgili görsel sonucu

9-cu yer

Bir dəfə Dekart yuxuda açıq kitab görüb. Yuxuda ikən ruh onu inandırıb ki, Dekartın taleyinə yazılıb ki, o riyazi prinsiplərin təbiətin dərk edilməsində tətbiqinin mümkünlüyünü sübut etsin və bu isbatlama ona böyük fayda gətirəcək.

8-ci yer

Almaniyalı kimyaçı Fridrix Kekule yuxuda öz quyruğunu dişləyən ilan görüb. Bu yuxudan sonra Kekule benzol molekulunun strukturunu təklif edib.

7-ci yer

Fridrix Burdax qan dövranı haqqında ideyanı yuxuda görüb.

6-cı yer

Nobel mükafatı laureatı Otto Levi yuxuda ürək impulslarının sinir vasitəsi ilə ötürülməsini görüb.

5-ci yer

Nils Borun atomun strukturu ilə bağlı gördüyü yuxu haqqında bəzi xatirələr mövcuddur – nüvə və elektronlar ona günəş və onun ətrafında hərəkət edən planetlər sistemi obrazında görünüb.

4-cü yer

Frederik Bantinqin həmin dövrdə apardığı təcrübə barədə gördüyü yuxu insulinin kəşfi ilə nəticələnib.

3-cü yer

Hindistanın dahi riyaziyyatçısı Srinivasa Ramunadcan iddia edirdi ki, onun kəşfləri ona yuxuda induist ilahəsi Namaqiri tərəfindən söylənilib. Onun yuxularında ilahə özü bərabərlikləri yazırmış.

2-ci yer

Sovet aviakonstruktoru Oleq Antonov yuxuda gördükdən sonra nəhəng "Antey" təyyarəsinin quyruğunun quruluşunun rəsmini çəkmişdir.

1-ci yer

Elias Xouv, 1845-ci ildə tikiş maşınını yaratmazdan öncə maşının iynəsini necə yerləşdirmək məsələsi üzərində həddindən artıq baş sındırırdı, bu məsələ onu çox incidirdi. O bilmirdi ki, iynənin dəliyini necə yerləşdirsin ki, ip parçanın əks üzündən daxil olsun.

Bir dəfə o yuxuda görür ki, bir qrup vəhşi adam tərəfindən əhatə olunub və onu əsir götürmək istəyirlər. Vəhşilər nizələrini silkələyə-silkələyə onun ətrafında fırlanırdı. Birdən Elias diqqət yetirir ki, bu nizələrin düz iti ucluqlarının üzərində dəliklər vardır. Yuxudan ayılandan sonra, o iynənin dəliyini əks tərəfə, yəni iynənin ucunun üzərinə keçirir – bununla da problem həll olunur.

Hiç yorum yok:

Yorum Gönder