7 Ekim 2017 Cumartesi

Heroin əvvələr dərman kimi istifadə edilən narkotik növüdür

loading...
        Heroin və ya Diasetilmorfin (diamorfin) – XIX-XX əsrin əvvəllərində dərman kimi qəbul edilən narkotik növüdür. Formulu: C21H23NO5
        1987-ci ildə Almaniyadakı Bayer laboratoriyasında xərçəng xəstəliyi ağrılarına qarşı ağrıkəsici kimi istehsal olunan heroin hidroxlordan istifadə edənlərin sonradan dəli kimi apteklərə, xəstəxanalara hücüm edərək, yenə heroin istəmələri dəhşətli əlavə təsirlərin olduğunu ortaya çıxartdı. Bunu görən həkimlər heroinin reseptini yazmağı dərhal dayandırdılar. Lakin artıq gec idi. Heroinin ilk adını alması da maraqlıdır. Heroinin ilk yaradıcılarından biri bu dərmanın keyfiyyətini öz üzərində yoxlayan zaman, onun dediyi (I feel like a hero) "özümü qəhrəman kimi hiss edirəm" kəlməsindəki hero-qəhrəman sözü Heroinin adı üçün zəmin yaradıb. Nəticədə o vaxtdan, bu günümüzə qədər heroin din, dil, irq fərqi qoymadan öz
qəhrəmanlarını yaratmağa davam edir.
        Heroinin ixtiraçısı Dr.Felix Hoffman həm də Aspirinin ixtiraçısı sayılır. Heroini axırıncı dəfə I-ci dünya müharibəsi zamanı qanuni olaraq yaralı əsgərlərin ağrılarını kəsmək üçün istifadə edilmiş və ondan sonra tibb dünyasından bir dərman kimi çıxarılmışdır.

Hiç yorum yok:

Yorum Gönder