23 Ekim 2017 Pazartesi

Qələmin ixtirası

loading...
        Qələm - yazı yazmaq və şəkil çəkmək üçün istifadə edilən, içərisində mürəkkəbli sterjen və ya qrafit mili olan incə çubuq formalı vasitədir.
         Aşağıdakılar qələm nümunələridir:
Diyircəkli qələm
Mürəkkəbli qələm
Uclu qələm
Divit
Tük
        Əvvəllər qələm indiki diyircəkli qələmlər kimi deyildi. Qədim qələmləri yazmaq üçün qabda mürəkkəb olurdu və quş tükünü ona batırıb yazırdılar amma başqa yerlərə səfər edəndə mürəkkəb aşıb ciblərini batırırdı. Bunu görən Laslo və Corc Biro qardaşları mürəkkəbli qələmi icad etdilər və indi bu qələmlər diyircəkli qələmlər adlanır.
 Qurani-Kərimdə qələm adı ilə bağlı eyni adlı surə mövcuddur.
        Diyircəkli qələm
        Parçalara ayrıla bilər bir diyircəkli qələmin ayrılmış (üstdə) və birləşmiş (altda) hali 1938-ci il də Macar ixtiraçı Lazlo Biro, biro da deyilən, gündəlik həyatımızın imtina edilməz parçası olan diyircəkli qələmin həyata keçməsini təmin etdi. 
        Diyircəkli qələmi ilk dəfə Böyük Britaniya hərbi aviasiyası üçün hazırlamışdılar (yüksəklikdə digər qələmlərdən mürəkkəb çıxmırdı). 1945-ci ildə, Nyu-Yorkda ilk diyircəkli qələmlərin bir partiyası satışa çıxarılan zaman, elə bir sayda insan toplaşıb ki, şəhərin bütün polis işçiləri işə cəlb olunub. Bir günün içində 10 min qələm satılıb, halbuki, o zaman bir qələm elədə ucuz başa gəlməyib. Bir qələmin qiyməti bir amerikalı zavod işçisinin 8 saatlıq əmək haqqının dəyərində olub.
       Mürəkkəbli qələm

       İlk belə qələm 953-cü ildə Misir Sultanlığında kəşf edilib.


Hiç yorum yok:

Yorum Gönder