16 Kasım 2017 Perşembe

İxtiralar tarixindən bir neçə maraqlı fakt

loading...
TELQRAF: Uilliam Kuke və Carles Uhetston adlı iki İngilis fiziki 1837-cı ildə naqil vasitəsi ilə
elektrik cərəyanı göndərərək mesaj çatdırmağı bacardı. Beləliklə də ilk elektrik teleqraf maşını ortaya çıxdı. Elektrik cərəyanı alıcı cihazın siferblatındakı silsiləvi iynəni hərəkət etdirərək çatdırılacaq mesajın görüntüsünün ekranda meydana çıxmasına kömək olurdu.

MORZE ƏLİFBASI: 1843-cu ildə Samuel teleqraflarda nöqtə və xətlərdən ibarət olan məşhur Morze əlifbasini kəşf etdi. Samuel 60 km uzaqlıqdakı Vaşinqtona bir teleqraf xətti çəkərək, ondan prezident seçkiləri ilə əlaqədar xəbərləri çatdırmaq üçün istifadə etdi.

TELEFON: 1876-cı ildə Aleksandr Qraham Bell və Tomas Uatson adlı iki elektrik mühəndisi telefonu icad etdi. Tarixdəki ilk telefon zəngini 10 mart 1876-cı ildə Bell edib.

RADİO: 1902-ci də italyan ixtiraçı Quqlelmo Markoni kabel ya da tel olmadan bir yerdən digərlərinə mesaj göndərmənin yolunu kəşf etdi. Beləcə radio meydana gəldi. Markoni ilk dəfə olaraq 9 metr uzaqdan qapının zəngini vurmaği bacara bilmişdi və bunu edərkən hansı bir naqildən istifadə etməmişdi. O istifadə etdiyi üsula "elektromanqnit" adını vermişdi.

FM RADİO: 1920-ci ilə Eduin Hovard Armstronq, FM radionu inkişaf etdirdi. Elektrik mühəndisi Armstronq FM radionu kəşf edərkən elektromaqnetik ötürüçülərdən istifadə edib.

PEYK: İlk peyk

4 oktyabr 1957-ci ildə SSRİ tərəfindən orbitə göndərilib. "Sputnik" adı verilən dünyanın ilk suni peykinin ağırlığı 82 kq idi.

FAKS: 1843-cü ildə ilk faks maşını kəşf edilib. Ancaq faks vasitəsi ilə ilk şəkili göndərmək 1922-cı ildə mümkün olub. İlk foto şəkli alman fiziki Artur Korn radio dalğaları ilə Avropadan Amerikaya göndərib.

YEMƏK ÇUBUQLARI: Yemək çubuqlardan 5000 il əvvəl ilk dəfə Çində istifadə edilməyə başlanıb. Çinlilər daha yaxşı bişməsi üçün yeməkləri çox kiçik parçalara ayırırdılar. Bunları tuta bilmək üçün də ağac budaqlarını istifadə edirdilər. Bu gün Çin, Yaponiya, Viyetnam, Koreya kimi Uzaq Şərq ölkələrində yemək çubuqları hələ məşhur olaraq istifadə edilməkdədir.

ÇÖRƏK QIZARTMA MAŞINI: 1909-cu ildə Ceneral Elektrik şirkəti, ilk elektrikli çörək qızartma maşınını bazara çıxarıb. Dilimlənmiş çörək, elektriklə isidilən bir tel üzərinə qoyulurdu. Nizamlı bir saat vaxt tamam olanda elektriki kəsir və çörəyi çölə tərəf itələyirdi.

QAŞIQ: İnsanların lap qədimdən istifadə etdiyi qaşıqların atası dəniz qabıqlarıdır. Qaşığın Latınca və Yunanca alternativi "spiral şəkilli sümüklü qabıq" mənasını verən "cochlea" sözündən törədilmişdir. Günümüzdəki formasını isə eramızın birinci əsrində Romalılar kəşf edib.

BIÇAQ : Bıçağın tarixdə qəti olaraq nə vaxt icad edildiyi məlum deyil. Orta əsrlər Avropasında ev sahibi masaya bıçaq gətirməzdi, çünki hər kəs özü ilə bıçaq daşıyırdı.

ÇƏNGƏL: Çəngəli ilk istifadəciləri yunanlardır. Ancaq tədiqatlara görə yemək yeyərkən ilk dəfə çəngəldən istifadə VII əsrdə Ərəbistanda olub. XIII əsrdə isə bizanslılar kütləvi olaraq çəngəldən istifadə ediblər.

MEXANİKİ SAAT: 999-cu ildə Qerbert bəşəriyyətin vaxtı ölçə bilmə arzusuna xidmət etmək üçün yeni bir məhsul ortaya qoydu. Fransız keşiş və sonrasında Papa olan Qerbert ilk mexaniki saatı kəşf etdi.

TİKİŞ MAŞINI: İlk tikiş maşını 1830-cu ildə Bartelemi Timonner tərəfindən icad edilib. Lakin, o dövrlərdə xeyli çox dərzi, işini itirəcəyi qorxusuyla bu maşınları sındırırdılar.

ELEKTRİK ÜTÜ: 1882-cı ildə Anri Sili elektrik ütünü kəşf edib. Bundan qabaqkı ütülər isə dəmirdən idi və odun üzərində isinirdi.


TOZSORAN: Elektrikli süpürgə 1901-cı ildə Habert Buz tərəfindən icad edilib. Buzun tozsoranı o qədər böyük idi ki, bir yerdən başqa yerə aparmaq üçün atlı avtomobildən istifadə edilirdi. Lakin cıhaz yaxşı işləyirdi; belə ki İngilis Kralı VII Eduard öz tacqoyma mərasimindən əvvəl salondakı xalçaların bu süpürgə ilə təmizlənməsini istəmişdi.

SOYUDUCU: İlk elektrikli soyuducu Karl Linde tərəfindən 1877-cı ildə kəşf edilib. Lindenin cihazı, yeməklər soyutmaq üçün freon qazı əvəzinə metil adlı son dərəcə partlayıcı bir qazdan istifadə edilirdi. Ona görə də bu soyuducu çox yayılmadı. Freon qazı istifadə edilən ilk soyuducunu isə Balzer Von Platen ilə Karl Munters birgə hazırlayıb.

TERMOS: 1906-cı ildə şotlandiyalı Devar adını termos qoyduğu və içinə qoyulan mayenin istiliyini saxlayan bir sistem icad etdi.


KARANDAŞ: Müasir karandaşları fransız kimyaçı Nikolas Konte kəşf edib. Gil və qrafiti qarışıdıraraq yandıran və taxtadan düzəldilmiş çubuqun içinə qoyan Konte 1795-ci ildə onun patentini də alıb. İlk karandaş fabriki isə Nyu Yorkda təsis edilib.

SANCAQ: Sancaq, ilk dəfə Amerikalı Eduin Mur tərəfindən kirayə qaldığı otaqda kəşf edib. O, bir gün əvvəl düzəltdiyi sancaqları sabahısı gün satırdı. Bir gün Kodak Kompaniyasından böyük bir sifariş alan Mur 1904-cu ildə "Mur Sancaq Şirkəti"ni yaratdı. Həmin şirkət hələ də xırdavat istehsalına davam etməkdədir.


Hiç yorum yok:

Yorum Gönder