16 Kasım 2017 Perşembe

Bu ixtiraların tarixini öyrənin

loading...
        1834-cü ildə Çarlz Bebbic (Charies Babbage) (1792-1871) kompyuterin sələfi olan hesablama maşınını proyektləşdirib. Hökumət Bebicin proyektini gülünc saydığına görə maliyələşdirmədi.
        İlk faks aparatı 1843-cü ildə Aleksandr Beyn (Alexander Bain) tərəfindən patendləşdırılıb. Lakin istifadəyə 1964-cü ildə buraxılıb.
        1888-ci ildə Frank Spreq elektrik dəmiryolunu patentləşdirib, amma elektrik lokomotivlər 1895-ci ildə istifadə olunmağa başlayıb.
        Yudjin Eli (Eugene Ely) təyyarəni gəmiyə hələ 1911-ci ildə endirib. Təyyarə daşıyıcılar isə 20 il sonra ixtira olunub.
        Paraşütdan ilk dəfə 1793-cü ildə Monqolfyerdən (Fransa) Andre-Jak Qarnerinte tullanıb. Paraşütün detallı eskizlərini isə Leonardo da Vinçi yaratmışdır. O həmçinin vertolyotun eskizini də yaratmışdır. İlk insan daşıya bilən vertolyotu
1907-ci ildə Pol Kornu (Paul Cornu) idarə edirdi. Vertolyotları 1917-ci ildə birinci müharibə dönəmində Fransada - Kambreydə istifadə etməyə başladılar. 1933-cü ildə irəliçəkilən şassi ilə ilk təyyarə yaradılmışdır. Birinci akvalanqı Leonardo da Vinçi proyektləşdirmişdir. Jak-İv Kusto (Jacques-Yves Cousteau) və Emil Qanqon (Emile Gagnon) akvalanqı 458 il sonra 1943-cü ildə patentləşdirdilər.
         1988-ci ildə Adolf Fik (Adolph Fick) kontakt linzaları ixtira edib. Yalnız 1948-ci ildə Kevin Tuoxi (Kevin Tuohy) yumşaq plastikli linzanı patentləşdirə bildi.
        Ştrix kod 1948-ci ildə Bernard Silver (Bernard Silver) və Normann Vudland (Norman Woodland) tərəfindən ixtira olunub. Onların aparatı bir sıra dairələri oxumaq üçün işıqdan istifadə edirdi. Halbuki, onlar 20 il gözləməli oldular ki, kompyuter və lazer onların sistemini daha praktik etsin. İlk dəfə məhsulun universal kodu kimi ştrix kodu 1973-cü ildə İBM şirkəti istifadə etməyə başladı. İlk kodlaşdırılmış və supermarketdən satılan məhsul 1974-cü ildə gerçəkləşmişdir.
        Buxar texnologiyasından yunanlar hələ eramızdan qabaq 50-ci ildə istifadə edirdilər. Bu texnologiya əməyi asanlaşdırır və fəhlə quvvəsini lazımsız edirdi. Lakin bu, o vaxt liderlərin xoşuna gəlmədi və bu yeniliyi qadağan elədilər. Çinlilər buxar texnologiyasını eramızdan qabaq 800-cü ildə istifadə ediblər. Platon öz “Aleksandriya Qəhrəmanı” əsərində 70-ə yaxın buxar ixtiralarından söhbət açır. Amma ilk buxar mühərriki 1698-ci ildə Tomas Severi tərəfindən (Thomas Savery) buxar nasosu ixtira edəndən sonra meydana çıxmışdı. İlk praktik buxar mühərriki 1701-ci ildə Tomas Nyukomenin (Thomas Newcomen) atmosfer maşını idi. Bu maşını nasosları idarə etmək üçün kömür şaxtalarında istifadə edirdilər. 1769-cu ildə Nikolas Jozef Kaqnot (Nicolas Joseph Cugnot) Parisdə ilk avtimobil kimi tanınan buxarlı traktor yığdı. 1804-cü ildə Uelsdən ingilis ixtiraçı Riçard Trevisik (Richard Trevithick) buxarlı lokomotiv inşa etdi. 1815-ci ildə Jorj Stefensonun (George Stephenson) icadı dünyada birinci buxar lokomotivi tikdi.
        Kompyuter Çarlz Bebbicin (Charles Babbage) ilk proqramlaşdırıcı qurğunu proyektləşdirdiyindən 100 il sonra, 1943-cü ildə yaradılmışdır. Bebbic öz proyektini realizə etmək üçün maliyyə vəsaiti cəlb edə bilmədiyindən bu ideyasından əl çəkdi. 1998-ci ildə Londondakı Elm muzeyi Bebiccin zamanındakı metodlardan və materiallardan istifadə edərək Bebiccin maşınının dəqiq kopyasını yaratdı və maşın işlədi. Duqlas Enqelbart (Douglas Engelbart) hələ 1968-ci ildə kompyuter mausunun proyektini yaratdı və Massaçuset texnoloji institutu tərəfindən 500000 dollar məbləğində prizə layiq görülmüşdür.
        1877-ci ildə Tomas Edison (Thomas Edison) fonoqraf ixtira etdi.
        1948-ci ildə Piter Karl Qoldmark (Peter Carl Goldmark) qramplastinka ixtira etdi. Kompakt disk 1979-cu ildə Jup Sindjou (Joop Sinjou) və Toşi Tada Doy (Toshi Tada Doi) tərəfindən yaradılıb. Lakin kompakt diskə 15 il lazım oldu ki, qramplastinkanı əvəz etsin.

Hiç yorum yok:

Yorum Gönder