12 Kasım 2017 Pazar

Patent hüququ

loading...
          Patent hüququ – hüquq sahəsi; bu sahənin normaları ixtiralara patent verməklə onların hüquqi mühafizəsi sistemini müəyyən edir. İxtiralarla əlaqədar hüquq münasibətlərini nizamlayan xüsusi qanunlar patent hüququnun əsas mənbəyidir; Patent hüququ patent sahibinə texniki yeniliyin təcrübədə tətbiqinə sərf etdiyi məsrəfləri ödəmək, habelə qoyulmuş kapitaldan mənfəət götürmək imkanı verir. Patent hüququnun əsas məzmununu patent sahibinin hüquqlarını, onların bütünlükdə və ya bir hissəsinin başqasına verilməsi qaydasını, həmçinin hüquqların pozulması nəticələri-ni müəyyən edən normalar təşkil edir. Patent hüququ həmçinin patent almaq üçün sifariş vermə qaydasını və patent haqqında mübahisələrin həlli qaydasını nizamlayır. Patent hüququnun əsas mənbəyi ali qanunverici orqanın qəbul etdiyi xüsusi qanunlardır.


Hiç yorum yok:

Yorum Gönder