5 Temmuz 2018 Perşembe

Suyun möcüzəvi xüsusiyyətləri

loading...
Suyun termal xüsusiyyətləri canlılar üçün mühüm əhəmiyyət kəsb edir. Bunlardan bir neçəsini nəzərdən keçirək: 

Məlum olan bütün mayelər temperatur aşağı düşdükcə sıxılır, həcmləri isə azalır. Həcm azaldıqca sıxlıq artır və beləcə, soyuq olan hissələr daha ağır hala gəlir. Buna görə mayenin bərk halı daha ağır olur. Amma su bildiyimiz bütün mayelərin əksinə, müəyyən bir istiliyə (+ 4°C-yə) düşənə qədər sıxılır, daha sonra birdən-birə genişlənməyə başlayır. Donduqda isə daha da genişlənir. Buna görə də suyun bərk halı maye halından daha yüngüldür. Yəni buz, əslində "normal" fizika qanunlarına görə suyun dibinə batmalı olduğu halda, üzərində üzür. 

Suyun bu xüsusiyyəti dəniz və okenlar üçün çox vacibdir. Əgər bu xüsusiyyət olmasa idi, yəni buz suyun üzərində üzməsə idi, dünyadakı suyun böyük hissəsi tamamilə donacaq, göllərdə və dənizlərdə həyat əlaməti qalmayacaqdı. 

Buz əridikdə və ya su buxarlandıqda ətrafdan istilik udulur. Bunun əksi baş verdikdə isə xaricə istilik verilir. Bu, "gizli istilik" (latent istilik) olaraq adlanır. Bütün mayelərin gizli istiliyi var. Ancaq suyun gizli istiliyi bildiyimiz bütün mayelərdən ən yüksəkdir. Bundan əlavə, suyun "istilik tutumu", yəni suyun istilik dərəcəsini artırmaq üçün lazım olan istilik miqdarı bildiyimiz digər mayelərin çoxundan yüksəkdir.


Suyun gizli istiliyinin və istilik tutumunun digər mayelərə görə çox yüksək olması su sahələrin quru sahələrə görə daha gec isinib daha gec soyumalarını təmin edir. Buna görə də qurudakı temperatur fərqi ən isti yerlə ən soyuq yer arasında 140°C-yə qədər olduğu halda, dənizlərin istilik fərqi ən çox 15-20°C arasında dəyişir. 

Eyni vəziyyət gecə və gündüz arasındakı istilik fərqində də baş verir.Quruda gecə və gündüz arasındakı istilik fərqi quraqlıq ərazilərdə 20-30°C-yə qədərdir. Lakin suda bir neçə dərəcəlik fərq yaranır. Sırf su sahələri deyil, 
atmosferdəki su buxarı da tarazlıq yaradır. Buna görə də səhralarda, çöllərdə gecə və gündüz arasındakı istilik fərqi daha çox, dəniz iqlimi olan yerlərdə isə daha az olur. 

Bundan başqa, suyun istilik keçiriciliyi bizə məlum olan bütün mayelərinkindən təxminən dörd dəfə yüksəkdir. Buzun və qarın istilik keçiriciliyi isə zəifdir. Buz havadakı soyuğu suyunalttəbəqəsinə çox az ötürür. Ona görə havanın temperaturu -50°C olsa belə, suyun üstündəki buz təbəqəsinin qalınlığı 1-2 metri keçmir. Morjlar, pinqvinlər və digər qütb heyvanları bunun sayəsində dənizin üstündəki buzu deşib altındakı suya çata bilirlər. 

Suyun bu özünəməxsus termal xüsusiyyətləri sayəsində qış fəsli ilə yaz fəsli və ya gecə ilə gündüz arasındakı istilik fərqi daim insanların və digər canlıların yaşaya biləcəyi həddə olur. Dünyadakı su miqdarı quruya nisbətən daha az olsa idi, gecə ilə gündüzün temperaturu arasındakı fərq çoxalacaq, nəticədə yerin böyük hissəsi səhralığa çevriləcəkdi. Beləliklə, yaşamaq qeyri-mümkün olacaq və ya çox çətinləşəcəkdi. 

Okeanları düşünək. Okeanlar günəş şüalarını qurudan daha az əks etdirir, beləcə, qurudan daha çox günəş enerjisi alır, amma bu istiliyi öz içində quruya nisbətən daha balanslaşdırılmış şəkildə paylayır. Buna görə də okeanlar daha isti olan ekvator bölgələrini sərinləşdirərək həddindən artıq isti olmalarına, qütb bölgələrinin soyuq sularını da isidərək həddindən artıq soyuq olmalarına və bunun nəticəsində də tamamilə donmalarına mane olur. 



Hiç yorum yok:

Yorum Gönder