30 Temmuz 2018 Pazartesi

Texnologiyaya məğlub olan 5 qəribə peşə sahəsi

loading...
        Texnologiyanın özü belə bəzən yeni texnologiyaya məğlub olur. Elə bu səbəblə də bəzi peşələrin tarixin arxivinə qovuşmasını normal qəbul etmək lazımdır. Yaşadığımız dövrün bizlərə çox qəribə gələ biləcək 10 köhnə peşə növünü tozlu rəflərdən çıxartmışıq:
Kuka düzücülər (Boulinq)
Vaxtilə bu peşədə əsasən azyaşlı uşaqlar işləyirdilər. Zaman ötdükcə texnologiya insanı əvəz etdi

Buz kəsiciləri
Soyuducu icad olunmazdan əvvəl varlı şəxslərin evlərinə nəhəng buz parçaları aparan insanlar

Səma dinləyiciləri
İnkişaf etmiş radar sistemlərindən əvvəl bu insanlar səmaya qulaq asaraq təyyarələrin çıxardıqları mühərrik səslərini eşitməyə çalışırdılar

Siçan tutanlar
Xüsusilə, Avropada işləyən bu şəxslər artan siçan sayı ilə mübarizə aparmağa çalışırdılar. O dövrdə yayılan epidemiyaların bir nömrəli səbəbi siçanlar hesab olunurdu.

Oxucular
Əsasən zavod işçiləri tərəfindən kirayələnən bu şəxslər işçilər işləyərkən onları qəzet və ya jurnal oxuyuraq məlumatlandırırdılar.
Mənbə: technote.az

Hiç yorum yok:

Yorum Gönder