5 Temmuz 2018 Perşembe

Toxuculuq, müdafiə, elektronika sənayesinə ilham mənbəyi olan canlılar

loading...
Quş tükləri yol nişanlarının rənglərinin dəyişilməsinə necə ilham mənbəyi olmuşdur?

Yarasalar yolları necə təhlükəsiz hala gətirirlər?

Heyvanların hər biri insanları heyrətləndirən bir çox yaradılış xüsusiyyətinə sahibdirlər.
Bəziləri suda hərəkət etmələrini təmin edən ən ideal (hidrodinamik) quruluşa sahib olduğu halda, bəziləri də bizim üçün olduqca yad olan hisslərdən istifadə edirlər. Bunların bir çoxu insanların ilk dəfə qarşılaşdıqları, daha doğrusu, yeni öyrəndikləri xüsusiyyətlərdir. Biomimetika elmi sayəsində kəşf etdiyimiz bu heyranedici xüsusiyyətlərin təqlid edilməsi ilə hazırlanan məhsulların gələcəkdə həyatımızda daha çox istifadə ediləcəyinə heç şübhə yoxdur.

Amerika müdafiə sənayesində əsil gürzələri nümunə götürür

Pit adlı çuxur orqanları olan, eyni zamanda, “pit viper” adlanan ilanlar “əsil gürzə ilanları”
kimi tanınırlar. Ostin Texas Universitetinin Elektrik və Kompüter Mühəndisliyi şöbəsinin professoru dr.Con Pirs pit gürzələri olaraq bilinən çökükbaş ilanları araşdırmışdır.

Aparılan araşdırmalarda bu ilanların istiqanlı ovların yerlərini müəyyən etmək üçün gözlərinin qarşısında yerləşən və çox sayda sinirdən ibarət olan kiçik çuxurlardan istifadə etdikləri ortaya çıxmışdır. Pit adlanan bu orqanlarda istiliyi müəyyən edən olduqca kompleks sistem mövcuddur. Bu sistem elə həssasdır ki, ilan metrlərlə uzaqdakı bir siçanı zülmət qaranlıqda belə aşkar edir.

Tədqiqatçılar əsil gürzənin təsbit etmə və məhv etmə mexanizmlərinin sirlərini öyrəndikdə, ilanın istifadə etdiyi üsulların ölkənin düşmən raketlərindən qorunmasında tətbiq oluna biləcəyini düşünürlər. Bununla yanaşı, təhlükəli tapşırıqlar üçün uçuş həyata keçirən pilotların düşmən silahlarından qaçmasına kömək edən sistemlər icad olunacaq. Dr.Con Pirs “Hava Qüvvələri bioloji sistemi təqlid edərək daha yaxşı raket detektoru hazırlaya biləcəkmi?” sualını gündəmə gətirir. Bundan əlavə, bu məqsədlə gördüyü işlərdə ilanın həssaslığına çatmaqda çətinlik çəkdiyini də belə izah edir:

“Biz əsasən ilanın orqanının həssaslığını nümunə götürürük. Sinir qıcıqlarını ölçə bilərsiniz, lakin problem bu qıcıqların nə məna verdiyidir. Bunu bizə bildirməsi üçün rəqəmsal modeldən istifadə edirik. Orqana çatan infraqırmızı şüa nə qədər çoxdursa, o qədər çox sinir qıcığı olur.

İlanın pit orqanında qan damarları və sinir düyünləri ilə zəngin olan çox nazik pərdə var. Elm adamları tədqiqat aparmaq üçün pərdənin yaydığı impulsların dayandığı anı tutmalıdırlar. Amma bu pərdə o qədər həssas və reaksiyalarındakı müxtəliflik o qədər qısa müddətlidir ki, impulsları tutub tədqiq etmək olduqca çətindir. Pit orqanının funksiyasını öyrənmək üçün siqnallar dəqiq ölçülməli və mikroqrafik şəkillər üzərində işlənilməlidir.

Buqələmunlar və istəyə görə rəng dəyişdirən paltarlar

Buqələmunların olduqları mühitə görə rəng dəyişdirmələri çox təəccüblü və bir  o qədər də estetik hadisədir. Buqələmun elə üstün bir kamuflyaj qabiliyyətinə malikdir ki, bu prosesi etmə sürəti ilə insanı heyrətə salır.

Buqələmun dərisinin altındakı qırmızı və sarı rəng daşıyıcılarından, mavi və ağ rəngi əks etdirən təbəqədən və ən əhəmiyyətlisi də rəngini tündləşdirən kramatafor hüceyrələrindən böyük məharətlə istifadə edir. Məsələn, bir buqələmun sapsarı bir mühitə qoyulduqda bədəni sürətlə sarı rəngə çevrilir. Üstəlik buqələmun təkcə bir rəngə deyil, eyni anda bir neçə fərqli rənglərə də tam uyğunlaşa bilir. Mahir kamuflyaj ustası bunu dərisinin altındakı rəng hüceyrələrinin ölçüsünün böyüməsi və sürətlə yer dəyişdirərək olduqları yerə uyğunluq göstərməsi ilə bacarır.

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun laboratoriyalarında buqələmunlardakı kimi rəng dəyişdirmə xüsusiyyətinə sahib olan paltar, ayaqqabı və çantaların hazırlanması üzərində çalışılır. Düşünülən bu texnologiya xüsusi silikon materiala elektrik verməklə onun istənilən rəngə çevrilməsini təmin edir. Beləcə, parça və ona bənzər materialdan istehsal olunan hər cür geyim və bəzək əşyalarının bir neçə saniyədə rəng və naxış dəyişdirməsi mümkün olacaq. Bunun üçün kiçik elektron cihazdan istifadə edilməlidir.

İstənilən rəngi seçmək üçün batareya ilə işləyən bu cihazın üzərindəki düymələrlə həmin rəngin kodunu yazmaq kifayətdir. Lakin bu texnologiya bu gün üçün olduqca bahalıdır. Məsələn, bir kişi pencəyinin hazırlanması 10 min dollara başa gəlir.

Bir nəfər sizə pencək göstərsə və “Bu pencəyin rəng dəyişdirmə xüsusiyyəti var. Amma nə pencəyi, nə də onun rəng dəyişdirmə xüsusiyyətini kimsə hazırlamayıb. Öz-özünə yaranıb.” desə nə fikirləşərdiniz? Çox güman ki, bunu deyən insanın “çox cahil” olduğunu düşünərdiniz. Çünki pencəyi tikən dərzinin və rəng dəyişdirmə xüsusiyyətini hazırlayan elm adamlarının olduğu çox açıqdır.

Bəs buqələmun bu qədər mükəmməl rəng dəyişkənliyini necə həyata keçirir? Bütün bu prosesləri təmin edən sistemləri özü hazırlaya və bədəninə yerləşdirə bilərmi? Əlbəttə ki, bütün bunları buqələmunun öz iradəsi ilə etdiyini iddia etmək ağıla və məntiqə ziddir. Bir insanın belə bir prosesi reallaşdırması mümkün olmadığı halda, sürünənin öz bədəninin görünüşünü təyin etməsi, hətta görünüşünü dəyişdirəcək bir sistemi bədəninin içinə yerləşdirməsi mümkündürmü? Belə bir üstün qabiliyyətin təsadüfən meydana gəldiyini iddia etmək də tamamilə əsassız və mənasızdır.
Təbiətdəki heç bir mexanizm belə qüsursuz qabiliyyəti meydana gətirmək və ehtiyacı olan canlıya vermək gücünə malik deyil.

Buqələmunları Allah yaratmışdır. Allah yaratma sənətindəki bənzərsizliyi bizə bu cür nümunələrlə göstərir. Allah üstün və güclü olandır. Quranda Allahın yaratma sənəti belə bildirilmişdir: 

Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. (Hədid surəsi, 1-2)

Çəyirtkələr hansı həll yolu ilə tıxac probleminə son qoyurlar?

Yol qəzaları hər il milyonlarla insanın həyatına son qoyur. Buna həll yolu tapmağa çalışan elm adamları çəyirtkələrin bu problemi həll edəcəyinə inanırlar. Aparılan araşdırmalarda çəyirtkələrin milyonları aşan sürülər halında gəzdikləri halda bir-birilərinə dəymədikləri müəyyən edilmişdir. Çəyirtkələrin bunu necə bacardıqlarının cavabı isə elm adamlarında yeni fikirlərin yaranmasına səbəb olmuşdur.

Aparılan təcrübələrdə çəyirtkələrin üzərilərinə gələn cismə elektrik siqnalı göndərdikləri, yerini müəyyən etdikdən sonra isə dərhal istiqamətlərini dəyişdikləri məlum olmuşdur. Çəyirtkələrin bu üsulları insanların illərdir əlacsız qaldıqları tıxac probleminə həll yolu olaraq tətbiq olunmağa çalışılır. Bu canlılar da yaradılışın açıq dəlillərindəndir.

Quş tükləri və öz-özünə dəyişən yol nişanları

Quş tüklərindəki keratin zülalı və təbii boya maddəsi olan melanin işığı bizim görə biləcəyimiz şəkildə qırır. Tüklərdə gördüyümüz açıq-tünd rənglərin yaranmasının səbəbi keratin zülalının bir istiqamətdə yerləşməsidir. Quş tüklərinin canlı rəngləri onların bu xüsusiyyətindən qaynaqlanır.
Quşların bu yaradılış xüsusiyyətindən ilhamlanan bir yapon firması təkrar istifadə edilən yol nişanları istehsal etmişdir. Bu nişanların səthinin görünüşü ultrabənövşəyi şüalar altında dəyişir. Lövhə üzərinə düşən ultrabənövşəyi şüalar materialın kristal düzülüşünü dəyişdirir və istənilən mesajı göstərməsi üçün müəyyən rənglərin aradan qaldırılmasını təmin edir. Bu lövhələr təkrar istifadəyə həmçinin üzərində yeni nişanların əks etdirilməsinə imkan yaradır. Beləliklə, həm yeni lövhələr üçün əlavə xərclər aradan qalxır, həm də onların istehsalında tələb olunan zəhərli boyalardan istifadə edilmir.

Yolları təhlükəsiz hala gətirən yarasanın üstün yaradılışı

Edinburq Universitetindəki tədqiqatçılar yarasa kimi sonar sistem ilə yolunu tapan ağıllı qulaqlara sahib robot üzərində işlədilər. Universitetin informasiya texnologiyaları fakültəsindən Hose Karmena və əməkdaşları düzəltdikləri bu robota “RoBat” adını verdilər. “RoBat”a ağız vəzifəsi görən səs mənbəyi və iki sabit səs qəbuledicisi yerləşdirildi. Robotun ağzı eynilə yarasadakı kimi əks səda şəklində yayılacaq səs dalğalarını göndərirdi.
“RoBat”ın dizaynında səs dalğalarından ən yaxşı şəkildə istifadə etmək üçün yarasanın başqa xüsusiyyətləri də nəzərə alındı. Yarasalar əks olunan səs dalğalarının tezlik aralığını təyin etmək üçün qulaqlarını oynadır və bu şəkildə önlərindəki maneələri rahatlıqla aşaraq ovlarını tuturlar. RoBat da yarasadakı kimi qüsursuz mexanizmə sahib olması üçün radarlarla təchiz edildi.

Təbiətdəki nümunələrdən ilham alınaraq hazırlanan bu cür səs qəbuledicilərinin sayəsində bir gün yolların daha etibarlı hala gələcəyi düşünülür və bu yöndə işlər görülür.

Belə ki, istehsalçılar avtomobillərdə yaxınlığı hiss edən radar quraşdırırlar. Şoferlər bunun sayəsində arxasındakı cismə nə qədər yaxınlaşdığını bilirlər.

Təbiətdəki bütün möhtəşəm quruluş, material və sistemlər Allahın qüsursuz yaratma sənətinin nümunələridir. Yaradılışdakı bu bənzərsizlik və mükəmməlliyə bir çox Quran ayəsində diqqət çəkilmişdir. Allahın insanlara verdiyi bütün nemətlərin sayıla bilməyəcək qədər çox olduğu bir ayədə belə bildirmişdir:

Hiç yorum yok:

Yorum Gönder