26 Ağustos 2018 Pazar

Alimlərdən ŞOK KƏŞF: "Nəhəng göz"ü tapdılar - On min il davam edəcək

loading...
NASA hər kəsi heyrətləndirəcək nəhəng "səma gözü"nün fotosunu paylaşıb.

Foto NASA-nın məşhur "Xabbl" teleskopunun kameralarından birinin köməyi ilə çəkilib. Kadrlarda görünən nəhəng gözü xatırladan isə Yer kürəsindən təxminən 4900 işıq ili uzaqlığında yerləşən Sentavra ulduzunun parlaq işığıdır.

Alimlərin fikrincə, bu parlaq "göz" mərkəzi ulduz və daha şəffaf xarici qabığa bürünmüş forması ilə fərqlənir. Belə parlaqlığın yaranma səbəbi isə ulduzlardan ayrılan qaz kütlələrinin saatda təxminən 350 min kilometr sürətlə uzaqlaşmasıdır.

Alimlər bu astronomik hadisəni "NGC 3918" adlandırır və bu hadisələrin standart müddətini qeyd edib. Belə ki, planetlər arasından yaranan dumanlar uzunömürlü olmur və onlar sadəcə bir neçə on min il çəkir. Planet dumanı - ionlaşdırılmış qaz, mərkəzi ulduzdan ibarət olan ağ astronomik cırtdanboylu obyektdən ibarət prosesdir. Dumanlar qaz axınlarının qurtaran mərhələsində qırmızını xatırladan rənglərin çox nəhəng xarici qabıq örtüyü formalaşdırdığı zaman yaranır.(publika)

Hiç yorum yok:

Yorum Gönder