24 Eylül 2018 Pazartesi

Çin alimləri həssas elektron dəri hazırlayıblar

loading...
Çin Elmlər Akademiyasının alimləri insan dərisinə bənzər elektron dəri hazırlayıblar. Alimlərin
fikrincə, gələcəyin robotları tərəfindən mürəkkəb, lakin dəqiq hərəkətlərin yerinə yetirilməsi üçün onları hissetmə qabiliyyəti ilə təchiz etmək lazımdır.

AZƏRTAC naked-science.ru saytına istinadla xəbər verir ki, yeni elektron dəri təzyiqdəki cüzi dəyişiklikləri qeydə almaq və bu informasiyanı impulslara çevirmək qabiliyyətinə malikdir. Alimlər elektron dəri ilə örtülmüş süni barmaq hazırlayıb və onu sınaqdan keçirmək üçün süni ələ bərkidiblər. Yeni elektron dərinin səthi üzrə qaçan qarışqalar tərəfindən ona edilən cüzi təzyiqə cavab olaraq impulsların generasiya etdiyi aşkarlanıb.

Hiç yorum yok:

Yorum Gönder