22 Eylül 2018 Cumartesi

Dünya elmini dəyişdirən 3 yuxu

loading...

ixtiralar.com Moderator.az-a istinadən  dünya elminə müsbət faydalar verən 3 yuxunu təqdim edir. O yuxuların uğuru isə dahi insanlara məxsus olmalarıdır:
1.Nils Borun yuxusu 
Kvant mexanikanın atası sayılan Niels Bohr, atomun quruluşu üzərində baş sındırdığı bir gecə yuxusunda atom nüvəsi və ətrafında dönən elektronları gördü. O ana qədər atomun quruluşu ilə bağlı proqnozları tutmayan Bohr, planetlərin ətrafında fırlandığı Günəş misalı atom nüvəsini görəndə, artıq nəyin arxasınca getməsi lazım olduğunu bilirdi. Beləliklə, həqiqət olduğunu hiss etdiyi bu fərziyyə dəstəkləyən dəlilləri tapmaq kimi, hədəfə doğru işləməyə davam edib. Fizika üzrə Nobel Mükafatına da beləcə qovuşmuş oldu.
2.Otto Loevinin yuxusu
Alman əsilli farmakoloq Otto Loewi isə, sinir hüceyrələrində siqnal çatdırılması elektrik deyil, kimyəvi olduğunu yuxusunda görmüşdür. Yuxusunun arasında bu kəşfi bir kənara qeyd edib təkrar yuxuya dalan Loewinin, səhər durub öz yazdıqlarını oxu bilmədikdə hiss etdiyi panikanı təxmin etmək çətin deyil. Yuxunu xatırlamağa çalışaraq keçirdiyi ertəsi gün onun həyatının ən uzun günü olduğunu deyən Loewi, buna nail ola bilmədi amma, ertəsi gün də eyni yuxu gördü. Bu dəfə işi şansa buraxmayan elm adamı, özünü Nobel çatdıracaq görüşü bu dəfə düzgün bir şəkildə kağıza tökdü.
Otto Loewi, sinir hüceyrələrində siqnal çatdırılması elektrik deyil, kimyəvi olduğunu yuxusunda gördü.

3.
Eynşteynin yuxusu
Albert Eynşteyn, bir gecə yuxusunda özünü bir dağdan aşağıya demək olar ki, işıq sürətilə sürüşdüyünü bildirmişdir. Elə sürətli sürüşmək ki, ətrafındakı ulduzlar haradasa görünüş dəyişdirirdi. Oyandıqdan sonra bu yuxu üzərində xeyli baş sındıran Eynşteyn, bu sayədə relyativistik mexanika nəzəriyyəni inkişaf etdirdiyini etiraf etməkdən də çəkinməyib.

Hiç yorum yok:

Yorum Gönder