22 Eylül 2018 Cumartesi

Dünyada təhsil sisteminə görə bir-birindən fərqlənən ölkələr

loading...
        Dünya ölkələri təhsil sisteminə görə bir-birindən fərqlənir. Onlar arasında ən qeyri-adi qanunlarına görə seçilənlər də az deyil.
        Yunanıstanda şagirdlərə o qədər güzəşt edilir ki, hətta bəziləri onlardan daha çox yararlanmaq üçün təhsil həyatlarını uzatmağa çalışırlar. Pulsuz təhsil, pulsuz tibbi xidmətlər, yeməkxanada pulsuz yemək, nəqliyyatdan istifadəyə güzəştlər və s. yunanları daha uzun müddət oxumağa motivasiya edir.

İrlandiyada 6-15 yaş arası uşaqlar məktəbə getməyə məcburdurlar. Tələbələr isə istədikləri vaxt dərsə gedə bilərlər.

Kubada yuxarı sinif şagirdləri əmək fəaliyyəti ilə də məşğuldurlar. Onlar ildə 5-7 həftə kənd təsərrüfatı ilə məcburi məşğul olurlar. Şagirdlərin işləmək istəyib istəmədikləri isə nəzərə alınmır.

Finlandiyada şagird istəmədən müəllim onu ev tapşırığını soruşmaq üçün lövhəyə çağıra bilməz. Çünki finlər hər kəsin yanında digərlərinin qüsurlarını ortaya çıxarmağı sevmirlər. Bu, şagirdin dərsə hazır olmadığı halda da nəzərə alınır.

Çexiyada qiymətləndirmə sistemi tam fərqlidir. 1-dən 5-ə qədər olan qiymətləndirmə sistemində  “1” ən yüksək qiymət hesab edilir.

Çexiyada müəllimlər bir neçə fənn tədris edə bilərlər. Üstəlik bu fənnlər bir-biri ilə əlaqəli olmaya da bilər. Məsələn, riyaziyyat və musiqi dərsi, bədən tərbiyəsi və çex dili və s.

Çin universitetlərində isə dərslər cəmi 40 dəqiqə olur. Onların qış tətili də hər şagirdin arzusudur. Tətil dekabrın sonundan fevralın əvvəlinə kimi davam edir. Bu aralıqda onlar yeni ili qeyd edirlər.

Amerika məktəblərində davamsızlıq üçün məktəblilər deyil, valideynlər məsuliyyət daşıyırlar. Onlar hətta həbs oluna da bilərlər.(AzEdu.az )

Hiç yorum yok:

Yorum Gönder