27 Eylül 2018 Perşembe

Dünyanı heyrətə salan dahi-Fotolar

loading...
İnsan övladının dünya düzənini dəyişəcək çox ixtiraları var. Bu ixtiralar nəticəsində dünyada yeni inovasiyaların əsası qoyulub. Bəzən kimlərsə yeni ixtiraların dünya düzəninə hansı təsir göstərəcəyi fikirləşdiyi anda, ixtiracılar öz yeni ideyalarını cəmiyyətə təqdim edirlər. Sözsüz dünyada insan övladının   ən böyük əməllərindən biri elektrik enerjisinin əldə edilməsidir. Bu kəşflə dünyada yeni iqtisadi  sıçrayış baş verdi. Dünyanı öz ixtirası ilə kəşf edən insan övladı kim idi?

Elektrik enerjisini kəşf edən  Villiam Armstronq 1810-cu ildə anadan olmuşdu.  Atası uzun illər Misirdə ticarətlə məşğul olan, müsəlmanlığı qəbul etmiş tacir idi.

Villiam Armstronq hələ kiçik yaşlarından özü üçün müxtəlif ideyalar fikirləşir, yeni modellər qururdu. 11 yaşlı Villiam 1821-ci ildə atasının mağazasında qapının bağlanması üçün avtomatik cəftə ixtira edir. Onun istedadını görən atası bu balaca dahi üçün xüsusi müəllim tutur.
Onlar  Nyukasl şəhərində böyük bir çayın kənarında yaşayırdılar. Balaca Villiam
hər gün sürətlə axan çayın kənarı ilə gedər, yeni ixtirasının sxemini çəkərdi.

O kiçik ixtiraları ilə hamını təəccübləndirirdi.  Liverpulda təhsil alan Villian bir müddət bu şəhərdə mühəndis kimi çalışır. O burada da öz ixtiralarını təqdim edirdi.

Məhz bu ixtiralarına görə  o “Royal Society” cəmiyyətinin üzvü seçilir. 1847-ci ildə əmisi hidravlik kran və maşın istehsalı üçün bir şirkət qurur. 37 yaşlı Villiam da bu şirkətə dəvət alır.    

O  ilk böyük uğurunu qazanmaq üçün çox çalışdı.

Nəhayət Armstronq dünyanı silkələyəcək ilk ixtirasını təqdim edir. O Krım müharibəsi ərəfində yeni silah zavodunu yaradır və özünün yaratdığı  artilleriya silahını istehsal etməyə başlayır.
1859-cu ildə artıq Villiam , cəngavər idi və əslində ingilis ordusuna başçılıq edən silah istehsalçısı idi. 1860-cı 70-ci illərdə  o, Rusiya, Avstriya, İtaliya, İspaniya, hətta Peru və Çiliyə silah satırdı. Onun zavodlarında 25 min insane çalışırdı. Lakin Villiam artıq başqa bir sahəyə maraq göstərirdi. Təbiətən xeyirxah və səxavətli olan Villian onu yanına gələn heç kimi ümidsiz yola salmırdı. Buna görə silah zavodunu qardaşına verərək başqa bir qəsəbəyə köçür.

1863-cü ildə Arstronq  Northumberland şəhəri yaxınlığındakı bu qəsəbədə neçə illərdir beynində gəzdirdiyi ideyasını gerçəkləşdirir.  O yeni aldığı bu həyətdə  gözəl park salır.  Villiam evin işıqlandırması üçün  mini hidroelektrik stansiya yaradır. Onun bu kəşfi bütün dünyada böyük marağa səbəb olur. İlk işıqlı evi görmək üçün hər gün onun evinə minlərlə ziyarətçi gəlirdi. O dövrünün ən varlı insanlarından biri idi. Məhz buna görə elektrik enerjisi kəşfini ölkəsinə pulsuz təqdim etmişdi. Villiam hələ sağlığında bir çox ixtiralarının patent hüququnu dövlətə bağışlamışdı.  O sevdiyi şəhərində bir çox tarixi binalar inşa etdirən xeyriyyəçi idi. 1894-cü ildə Nyukasl şəhərində olan və dağılmaqda olan   Bamburg Qalasını satın alıb təmir etdirir.  O  yeni ixtirası ilə elektrik enejisinin bir çox ərazilərə çəkilməsinə də yardımçı olur. Doğma şəhəri Nyukasl şəhəri məhz onun sayəsində nura qərq olur.  Dünyanın ən məşhur ixtiraçısı Villiam Armstronq 1900-cü ildə dünyasını dəyişir. Ölümündən qabaq isə 1 milyon funt məbləğində pulunu ianə kimi kasıblara bağışlayır.

                                                                                                                  Qoşqar Salmanlı

Hiç yorum yok:

Yorum Gönder