22 Eylül 2018 Cumartesi

Dünyanın ən zəngin insanın uğurlu olma səbəbi

loading...
Bu gün Amazon şirkətinin bazar dəyəri 780 milyard dollardır. Şirkətin sahibi Jeff Bezos isə 132,5 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanı statusunu əlində saxlayır.

Bütün bu rəqəmlərə baxmayaraq Bezos hələ də müştərilərin birbaşa onunla əlaqə saxlaya biləcəyi  bir mail istifadə edir.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, bu barədə şirkət rəhbəri bir forumda çıxışı zamanı deyib.

Amazon-un qurucusu müştərilərin şikayətlərini işçilərə yönləndirərək yalnız bu işarəni yazır “?”:

"Bu sual işarəsi "Buna baxa bilərsinizmi? Niyə bu baş verir? Nələr olur? " kimi mənaları ifadə edir. Hələ də müştərilərin mənimlə birbaşa əlaqə saxlaması üçün ayrıca mail ünvanından istifadə edirəm. Orada göndərilənlərin əksəriyyətini oxuyuram, amma əsasən cavab vermirəm. Bunun əvəzinə, həmim müraciətləri komandama yönəldirirəm ".

Onun sözlərinə görə, müştəri gözləntiləri statik deyil, daim artır. Ona görə də fəaliyyətlərində bu məsələyə çox diqqət edirlər.

Hiç yorum yok:

Yorum Gönder