27 Eylül 2018 Perşembe

Gözdən əlil insanların işini asanlaşdıran ixtiralar (FOTO)

loading...
13 noyabr - Ümumdünya Gözdən Əlillər Günüdür. Bu gün 1984-cü ildə Ümumdünya Səhiyyə
Təşkilatı tərəfindən fransız pedaqoq Valentin Qayuinin xatirəsinə təsis edilib. Bu insan dünyada gözdən əlil olanlar üçün yaradılan ilk məktəbin banisidir.

Trend-in məlumatına görə, 1771-ci ildə o, Paris yarmarkasında gözdən əlillərin karton eynəkdə başı üstə çevirilmiş notlarla kökdən düşmüş musiqi alətlərində ifa etməyə məcbur edildiklərini görür. Bu mənzərə Qayuini məyus edir və o, öz həyatını gözdən əlillərə xidmətə həsr etmək qərarına gəlir. Bu fransız alimin sayəsində Brayl əlifbasının sələfi olan qabarıq xətt şrifti, həmçinin korlar üçün cihazlar və qabarıq əyani vəsaitlər - dərsliklərin, coğrafi xəritələrin və qlobusların istehsalı üçün matrislər meydana çıxdı.

Hazırda dünyada 180 milyona yaxın insan gözdən əlildir ki, onların da 45 milyonu görmə qabiliyyətindən tam məhrumdur.

Hələ qədim dövrlərdə gözdən əlillərə hörmət edilirdi. Hesab edilirdi ki, belə insan Allaha daha yaxındır. Araşdırmalar göstərir ki,
görmə qabiliyyətindən məhrum insanların beyni sağlam insanlardan daha sürətlə işləyir və onlar daha iti düşünürlər. Həm də onlar daha yaxşı eşidirlər. Gözdən anadəngəlmə əlil olan adamların yuxuları səsləri, qoxuları və toxunulmaqla duyulan hissləri özündə birləşdirir. Onlar dəriyə təzyiqi yaxşı hiss edirlər və barmaqları yüksək həssaslığa malikdir. Yeri gəlmişkən, masajçılar arasında belə əlil adamların daha çox olması bu səbəblərdən biridir. Məsələn, 1963-cü ildən Cənubi Koreyada masajla yalnız görmə qabiliyyətindən məhrum olanlar məşğul ola bilərlər. Və bir az əvvəl Koreya Səhiyyə Nazirliyinin qəbul etdiyi sağlam mütəxəssislərə masaj etmək hüququna dair lisenziya verilməsi ilə bağlı qərarı əlil masajçılar tərəfindən çoxsaylı etiraz aksiyalarına səbəb olub.

Son zamanlar gözdən əlil insanların həyatını yüngülləşdirən bir çox ixtiralar edilib. Onların arasında əlilləri lazımi istiqamətə yönəldə bilən xüsusi GPS naviqatorlar, həmçinin xəstənin virtual xəritə üzrə getdiyi xüsusi əlcəklər və əl ağacı var. Bu qurğu Yunanıstanın Fessaloniki şəhərində Aristotel Universitetinin alimlər qrupu tərəfindən hazırlanıb. Honkonq alimləri müxtəlif obyektlərin yerini müəyyənləşdirən kompüterə birləşdirilmiş xüsusi eynək və çəkmələr ixtira ediblər.

Bizim əsrimizdə gözdən əlillər üçün xüsusi səsli qəzetlər, audiokitablar çıxıb. Onları telefonla dinləmək, restoranda menyu və ya nəqliyyatın cədvəli ilə tanış olmaq olar. Qeyd edək ki, gözdən əlillər üçün Avropada xüsusi internet-xidmətlər mövcuddur.

Görməyənlər üçün eləcə də danışan telefonlar, həmçinin toxunulmaqla duyulan simvollarla klaviaturalı telefonlar, təsvirdən asılı olaraq öz səthini dəyişdirən Brayl ekranı ilə təchiz edilmiş rəqəmli fotoaparatlar yaradılıb.

Hazırda incəsənt dünyası da görməyənlər üçün qapalı deyil. Belə ki, 1995-ci ildən başlayaraq Fransanın Luvr muzeyində toxunulmaqla duyulan qalereya yaradılıb. Burada əlillər "əl ilə yoxlayaraq" eksponatlarla tanış ola bilərlər. Korlar üçün sərgilər başqa Fransa muzeylərində də vaxtaşırı keçirilir. Xüsusi muzeylər İtaliyada və Yunanıstanda da mövcuddur.

Görmə qabiliyyətindən məhrum məşhurlar arasında qədim yunan şairi Homer, alman filosof Yevgeni Dürinq, həyatının sonlarında kor olmuş yazıçı Luis Borxes Horxu, məşhur görücü Vanqa qarı var. Yazıçı Nikolay Ostrovskinin ömrünün sonunda iflic və kor olduğu məlumdur. Dahi riyaziyyatçı Nikolay Lobaçevski də ömrünün son illərində kor olmuşdu. Məşhur "Panqeometriya" əsəri onun diqtəsi ilə şagirdləri tərəfindən yazılıb. Və əlbəttə, musiqiçi Reya Çarlzı unutmaq olmaz. O, 17 "Qremmi" mükafatına layiq görülmüşdü. Məşhur Amerika aktyoru, müğənnisi və şoumeni Frenk Sinatra "şou-biznesin yeganə əsl dahisi" adlandırılıb. Həmçinin, keçən əsrin ən məşhur musiqiçilərindən biri, həkimin səhvi nəticəsində körpə yaşlarından görmə qabiliyyətindən məhrum olmuş Stiv Uander də onların arasındadır.

Anadangəlmə gözdən əlil olan Devid Blanketə Böyük Britaniya hökumətində Daxili İşlər Nazirliyinin rəhbəri olmaq qismət olub. Həmin vaxta qədər heç bir ölkədə anadangəlmə əlil belə siyasi vəzifəyə qalxmağa nail olmamışdı.

Hiç yorum yok:

Yorum Gönder