27 Eylül 2018 Perşembe

Kiçik insanların böyük ixtiraları

loading...
     Oğul - Ata bəs deyirdilər insan yaradılmışların ən alisidi, ən dəyərlisidi? Bəs nə oldu ki, bir insan həyatı bu qədər dəyərsizləşdi ? Daha çox var - dövlət əldə edə bilmək üçün, daha yüksək yerlərə gələ bilmək üçün insanların həyatı ilə oynamaq niyə bu qədər adiləşib? Biz insan olaraq önəmimizi nə vaxt itirdik?
        Ata - Oğul insan dünyanı daha dərindən öyrənməyə başladıqca, dünya elə o dərinliklərdə boğmağa başladı insanı. Bizim böyük kimi qəbul elədiyimiz, əslində isə kainat üçün elə də böyük olmayan " kiçik insan" ların " böyük ixtira" ları həyatımızı asanlaşdırmaqla yanaşı, həm də ucuzlaşdırdı. Nə zaman ki, bir zavodda bir dəzgah 100 adamın işini görməyə başladı, elə o zamandan da cansız bir dəzgahdan daha dəyərsiz olduq. Nə zaman ki, minlərlə insanın bir neçə saniyəyə həyatına son verə biləcək silahlar icad olundu, elə o zamandan da həyatımız saatın içindəki bir saniyə qədər önəmsiz oldu. Uca binalar ucaldıb, ucalacağımızı zənn etsək də, o binaların içində nə qədər kiçik görsəndiyimizi anlamadıq. 
        Yeni - yeni elm sahələri ortaya çıxarıb daha da ağıllandığımıza inandıq. Amma o elm sahələri bizə Allahsızlıqdan və ümidsizlikdən başqa bir şey qazandırmadı. Bir də aradabir fala baxıb, pul qazanmaqda çatdı köməyimizə.
MCrown

Hiç yorum yok:

Yorum Gönder