27 Eylül 2018 Perşembe

TƏKƏRİN TARİXİ

loading...
Tarix boyu insanlar daim yeniliyə can atmış, müxtəlif kəşflər və ixtiralar etmişlər. Elm və texnikanın inkişafı bu ixtiralarla bağlıdır.

Bəşəriyyət tarixində ən böyük ixtiralardan biri təkərdir. Ətrafınıza diqqət yetirsəniz, görərsiniz ki, bir çox maşın və cihazların əsas hissələri təkər formasındadır. Yalnız avtomobillər, qatarlar deyil, iri gəmilər və təyyarələr də təkər vasitəsilə hərəkətə gəlir, çünki onların mexanizmində təkərli hissələr var.

Hər hansı saatı açıb baxsanız, görərsiniz ki, onun da içində kiçik təkərciklər var. Saatın əqrəbləri bu təkərciklər vasitəsilə hərəkətə gəlir. Deməli, təkər icad olunmasaydı, biz vaxtı da öyrənə bilməzdik.

Lakin qədim insanlar təkəri icad edərkən ağıllarına belə gəlməzdi ki, bu ixtira elm və texnikanın inkişafına təkan verəcək. Onlar, sadəcə, ağır yükü bir yerdən başqa yerə aparmaq üçün dəyirmi formada taxtalar kəsir və ondan araba təkəri düzəldirdilər.
                                                                                                                       Rafiq İsmayılov








Hiç yorum yok:

Yorum Gönder