23 Ekim 2018 Salı

Dünyanı yaxşılığa doğru dəyişən texnologiyalar

loading...
Uçan avtomobil, xəstəliyi müəyyən edən gödəkcə, insan dərisinin analoqu – hər il insan həyatını yaxşılığa doğru dəyişən yeni – yeni kəşflər meydana çıxır.

1.Uçan avtomobil

“Vahana” şaquli uçuşa və enişə sahib olan birmotorlu aparatdır. Aparat 8 döndərici mühərrikdən ibarətdir. Avtomobildə sərnişinlər üçün də yer nəzərdə tutulub.

Bu avtomobil  1960 – cı illərin sonunda yaranan və  dünyanın ən nəhəng aviaistehsal şirkəti sayılan “Airbus S.A.S” tərəfindən düşünülüb. Keçən il “Airbus” şirkətində “Urban Air Mobility” şöbəsi fəaliyyət göstərməyə başlayıb və bu şöbənin əməkdaşları yalnız və yalnız uçan avtomobillərin istehsalı üzərində çalışırlar. “Airbus” şirkətinin rəhbəri hesab edir ki, 100 il bundan qabaq insanlar yerin altına nəqliyyat ötürməyi bacarıblar, indi isə onu havaya qaldırmağın vaxtıdır.

Qeyd etmək lazımdır ki, bu texnika uçan avtomobil yox, uçan taksilər olacaq və tətbiq olunan proqram vasitəsilə istənilən  şəxs sifariş verərək bu cür nəqliyyat vasitəsindən istifadə edə biləcək. Layihə rəhbərinin sözlərinə görə, ən çətin məsələ ondadır ki, bütün dünya ölkələrinin qanunları avtomobillərin şəhərlər üzərində sərbəst şəkildə uçuşuna icazə vermir.

2015 – ci ildə ilk dəfə
keçirilən sınaq uçuşları uğursuz alınmışdı. Lakin buna  baxmayaraq katapult (təyyarəni gəmidən havaya tullamaq üçün mexanizm, qurğu) vasitə ideal şəkildə çalışır.
Aeromobil 3.0 qatlanan qanadlardan ibarətdir. Onun mühərikki Rotax 912 avtomobilinin şosedə saatda 160 kilometr,  havada isə saatda 200 kilometr sürətlə hərəkət etməsini təmin edir.  Yolda AeroMobil 3.0  100 kilometrə 8 litr, havada isə saatda 15 litr yanacaq sərf edir. Yanacaq isə adi avtomobil yanacağıdır.

Mütəxəssislər uçan avtomobilləri sınaqdan keçirməyə davam edəcəklər, satışı isə hələ növbəti ilə planlaşdırılır.

2. İnsan dərisi analoqu

İnsan dərisinin analoqunun hazırlanması işləri artıq neçə ildir ki, davam edir. Əldə olunan nəticənin tərkibi  təbii komponentlərlə yanaşı, süni komponentlərdən də ibarətdir və transplantasiya zamanı süni dəri təbii dərinin bütün funksiyalarını yerinə yetirmək qabiliyyətinə malikdir.

Hazırda ixtiranın müəllifləri öz işlərinə patent almağı planlaşdırır və gələcəkdə müxtəlif tibbi təşkilatlar və reabilitasiya mərkəzləri ilə iş birliyi quracaqlarına ümid edirlər. İxtira bir neçə klinikalarda labarator sınaqdan müvəffəqiyyətlə keçib.

3. Xəstəliyi müəyyən edən gödəkcə

Uqandada hər il 24 min uşaq pnevmaniyadan vəfat edir. yaxşı olmayan tibbi şərtlər, savadsız həkimlər və s. kimi səbəblərdən Uqanda Universitetinin alimi Oliviya Koburonqo  bu problemi həll etmək qərarına gəlib. İxtiranın adı “Ana – Oradır”. Pasientdə xəstəliyin diaqnozunu müəyyən etmək üçün gödəkcəni ona geyindirmək kifayət edir. Gödəkcə özü temperaturu ölçür, ürəyin və ağ ciyərin vəziyyəti haqqında informasiyanı xüsusi mobil proqrama göndərir.

4. Grafendən hazırlanan paltar.

Grafen super nazik materialdır və qalınlığı cəmi bir atomdur, lakin 200 dəfə çox möhkəmliyə malikdir. Bu material dünyada digər materiallardan fərqli olaraq yaxşı elektrik ötürmə qabiliyyətinə malikdir. Britaniyalı modelyerlər bu elmi paltar yaratmaqda istifadə etməyi düşünüblər. Yeni paltarda qrafen tənəffüsün monitor funksiyasını daşıyır. Belə ki, paltarın işığı nəfəs alıb verməkdən asılı olaraq dəyişir.

Belə bir elm gələcəkdə dizaynerlərə rəng və formanı dəyişə bilən kostyum tikmək imkanını verəcək.


Könül Əliyeva, “İki sahil”

Hiç yorum yok:

Yorum Gönder