13 Aralık 2018 Perşembe

ARXİMED

loading...
Qədim Yunan ixtiraçısı və riyaziyyatçı Arximed (e.ə.287-212) Evkliddın sonra həndəsə elminin inkişafında çox böyük rol oynamışdır. Arximedin ixtiraları hələ onun sağlığında hərb işində istifadə edilmiş, yaşadığı Sirakuz şəhərinin müdafiəsində böyük rol oynamışdır.

EVRİKA!

Qədim Sirakuz şəhərinin hakimi Hieron Arximedin uzaq qohumu idi. Ədalətli Hieron Arximedlə söhbət etməyi çox xoşlayırdı.O hər bir işdə böyük alimdən məsləhət alırdı.

Bir gün Hieron mahir bir zərgəri yanına çağırıb ona qızıl külçəsi verdi və bu qızıldan tac düzəltməyi əmr etdi.

Bir müddətdən sonra zərgər düzəltdiyi tacla qalib çıxdı. Tac, doğrudan da, çox gözəl idi.Sirakuz hakimi zərgəri işindən çox razı qaldı,ona ənam verib yola saldı. Lakin xəbərçilər Hierona çatdırdılar ki,zərgər qızılın bir hissəsini oğurlayıb,onun yerinə gümüş qatıb. Hieron əmr etdi ki, tacı tərəzidə çəksinlər. Tacın çəkisi hökmdarın zərgərə verdiyi qızılın çəkisinə bərabər idi. Lakin Hieronun məsləhətçiləri dedilər ki, bu hələ tacın təmiz qızıldan olduğunu sübut etmir.

Hieron Arximdi yanına çağırdı.Ona əhvalatı danışdı və bu məsələnin həllini tapmadıqda məsləhət istədi. Arximed hökmdarlardan bir gün möhlət aldı.

Bütün günü fikirli-fikirli şəhəri gəzib-dolaşan Arximedin ağlına heç nə gəlmədi. Axşam o, hamama gedib vanna qəbul etmək istədi. Vanna azına kimi su ilə dolu idi. Arximed vannaya girən kimi suyun bir hissəsi daşıb yerə tökldü. Tökülən suya baxa-baxa Arximed fikirləşdi ki, görəsən özü ağırlıqda  bir daşı vannaya salsaydı, nə qədər su tökülərdi. Elə bu yerdə tac məsələsi onun yadına düşdü.Arxmed “Evrika!” (yunanca” Tapdım”) deyə el qışqırdı ki, hamadakılar dedilər, görəsən bu adam vannada nə tapıb. Alim vannadan sıçrayıb tez-tələsik əynini geyindi və kəşfini təcrübədən keçirmək üçün evinə qaçdı.

Ertəsi gün Arximed Hieronun yanına gəlib məsələnin həllinin tapdığını ona söylədi.

Arximedin tələbi ilə tacı və həmi ağırlıqda qızıl külçəni gətirdilər. Arximedin bir qabı ağzına kimi su ilə doldurub tacı oraya saldı. Boşqabın qırağından daşıb axan suyu o, başqa bir qaba tökdü. Sonra eyni ağırlıqda olan təmiz qızılı ağzına kimi su ilə dolu qaba saldı. Yenə də tökülən suyu bir qaba yığdı. Hamı gördü ki, birinci qabdan tökülən su ikincisindən daha çoxdur.

Arximed üzünü Hierona tutub dedi:


-Möhtərəm Hieron.Özün gördün ki, tac eyni ağırlıqda olan təmiz qızıldan daha çox suyu sıxışdırıb çıxartdı. Bu o deməkdir ki, tacla qızılın həcmi eyni deyil.Demıli,tacın tərkibində başqa yüngül metal var.Bu da gümüş ola bilər. Eyni çəkini saxlamaq üçün zərgər dəyişdirdiyi qızıla nisbətən daha çox gümüşdən istifadə edib. Ona görə də tacın çəkisi eyni qalsa da, həcmi artıb.

Bunu eşidən Hieron qəzəbindən aşıb-coşdu və fırıldaqçı zərgəri yanına çağırtdırdı...

 Arximed isə evinə qayıdıb öz axtarışlarına davam etdi.O bilirdi ki,böyük bir kəşfin astanasındadır. Doğrudan da,bu hadisədən sonra Arximed indiyə kimi heç bir alimin tapmadığı bir qanunauyğunluğu kəşf etdi:nəyə görə bəzi cisimlər suda batır,digərləri isə batmır? Məsələn, kiçik bir daş parçasını suya atan kimi dibinə gedir,lain ondan yüz dəfə ağır ağac gövdəsi suda batmır. Arximed müəyyən etdi ki, suya düşən istənilən cismə itələyici qüvvə təsir edir. Bu qüvvə həmin cismin sıxışdırdığı suyun çəkisinə bərabər olur.Əgər cisim sıxışdırdığı sudan ağırdırsa, o batır. Yox, əgər sıxışdırılmış su ağırdırsa,onda cisim suda üzür.

Beləliklə, arximed fizikanın əsas qanunlarından biri olan “mayeyə düşmüş cismə sıxılmış mayenin çəkisi qədər itələyici qüvvənin təsir etməsi” qanunu kəşf etdi.

Hiç yorum yok:

Yorum Gönder