10 Aralık 2018 Pazartesi

Dünyada 1 saniyə ərzində nələr baş verir?

loading...


Siz bir saniyədə nəyi edə bilməyin mümkünlüyü barədə düşünmüsünüzmü?
  1. Bal arısı bir saniyədə 250 dəfə qanadlarını çırparaq 65 km/s-a qədər sürətlənir.
  1. Google axtarış sistemi 63 min axtarış sorğusunu emal edir. Bir ildə bu rəqəm 2 trilyona çatır.
 
  1. İlbiz bir saniyədə 1sm məsafə qət edir! Lakin bunu ancaq yağışlı havada edə bilir: belə sürətin səbəbi rütubətdir, çünki o səthin müqavimətini azaldır.
 
  1. Zavod konveyerləri bir saniyədə 60 dodaq pomadası istehsal edir. Yeri gəlmişkən, onların arasında qadınlar üçün olmayanlar da var.
 
  1. Dünyada hər saniyədə bir nəfər vərəmdən vəfat edir.
 
  1. Bununla yanaşı 6 uşaq dünyaya gəlir. Əhalinin ümumi sayı isə hər il 1,5% artır.
 
  1. Hər saniyədə 20 min Coca-Cola bankası satılır. Belə dövriyyəyə istənilən istehsalçı həsəd apara bilər.
 
  1. İldırım dünyanın müxtəlif yerlərində saniyədə 6 zərbə vurur. Yeri gəlmişkən, elektrik yüklənmələri fenomeninə digər planetlərdə də rast gəlmək olar. Lakin digər planetlər üçün dəqiq statistik məlumatlar yoxdur.
 
  1. Hər saniyədə dünyada 3 Barbi kuklası satılır. Amerikanın əsas kuklası 15 ildən çoxdur istehsal olunur. Ən bahalı Barbi 302500 dollara satılıb.
 
  1. ABŞ-da hər saniyədə istehlak üçün yararlı olan 900kq məhsul zibilə atılır. Almaniyada bu rəqəm 320kq, Fransada 40kq təşkil edir.
Tərcümə: Famil Ələkbərov
Mənbə: Populyarnaya Mexanika
www.ens.az

Hiç yorum yok:

Yorum Gönder