16 Aralık 2018 Pazar

Fəsillər haqqında elm

loading...
Belə bir elm varmı?


Bəli var və fenologiya adlanır. Fenologiya  bitki və heyvanat aləminin (biofenologiya) mövsümi hadisələrini, həmçinin qarın yağması, ilk və son ayazlar, buzbağlama və su hövzələri donuşluğunun açılmasını qeydə alır və öyrənir. Bir sözlə bu elm, fəsillərin bütün dövrlərini öyrənir.

Hətta qışda heç bir dəqiq əlamət olmadıqda belə fenoloqlar qışın əlifbasını oxuya bilirlər. Onlar mütəmadi olaraq torpağın donma xarakterini, su hövzələrində buzun əmələ gəlməsini, həmçinin qarın dərinliyinin ölçməsini aparırlar. Havanın qeyri-adi hadisələri xüsusi olaraq qabaqcadan söylənilir.

 Quşları və heyvanları təsvir etmək qabiliyyəti varsa, deməli dırnaqlı və tüklü sakinlərin qış həyatının sirrini açmaq olar. Fenoloji proqnozlar gələcək yazın və yayın necə olacağını söyləməklə tarla işçilərinə əkin üçün tez yetişən bitki sortu seçməkdə kömək edir. Bağçılar və tarlaçılar bu proqnozlardan bağları və əkinləri şaxtanın öldürücü təsirindən qorumaq üçün istifadə edirlər.

Fenoloqların əsas kəşflərindən biri
fenoindikatorların öyrənilməsidir. Təbiətin bu canlı siqnallarını bilərək əkinçilər üçün bu və ya digər sezonlu işləri başlamaq asandır. Axı inkişaf fazası bitkilər tərəfindən müəyyən miqdarda günəş enerjisinin unudulmasından sonra baş verir. İstilik çox olanda inkişaf tez gedir, az olanda isə zəif gedir.

İlk yazdır. Tüklü tozağacının şirəsi hərəkət edir, ola bilsin torpaqda onun kökünün uzandığı dərinliyə qədər əriyir. Kiçik kollar mexanizatorlara torpağın şumlanmasının vaxtı olduğunu xəbər verirlər. Albalının çiçəklənməsi əkinçilərə qarğıdalının əkilməsi vaxtını bildirir. Almalar çiçəkləyirsə, deməli torpaq 1 m yarım dərinlikdə 10 dərəcə isinib. Onda əkinçilər xiyar, pomdior, balqabaq əkə bilərlər.

Fenoloqlara belə siqnallar çox məlumdur. Onların bilikləri əkinçilərə bu və ya digər işlərinin vaxtını dəqiq hesablamağa kömək edir.

Hiç yorum yok:

Yorum Gönder