20 Aralık 2018 Perşembe

Günəş sistemində yeni planet kəşf olundu

loading...
Amerikalı astranomlar Günəş sistemindən ən uzaq məsafədə yerləşən planet tapıblar. Obyekt Havayada yerləşən 8 metrlik Subaru teleskopunun köməyi ilə aşkar edilib. Eurasia Diary xarici mediaya istinadən xəbər verir ki, 2018 VG18 və ya "Farout" ləqəbi ("uzaq" - ingilis dilindən) ilə adlandırılan yeni planet Günəşdən təxminən 120 astronomik vahid məsafəsində yerləşir.

Cırtdan planet uzaqda yerləşdiyindən yavaş hərəkət edir və obyektin Günəş ətrafındakı orbital dövrü 1000 ilə bərabər olacaq. "Farout"un diametri isə təxminən 500 kilometrdir.

Planetin çəhrayı rəngi onun tərkibində yüksək miqdarda buz kütləsi olduğunu göstərir.

Hiç yorum yok:

Yorum Gönder