12 Aralık 2018 Çarşamba

Heyvanlar dünyanı necə görür? - MARAQLI

loading...
Heyvanların dünyaya necə baxması bəzi insanları düşündürən maraqlı məqamlardandı. Modern.az heyvanların dünyanı hansı gözlə gördüyünü təxmin edən kiçik araşdırmanı təqdim edir.

İtlərdə periferik görmə (gözün hərəkətsiz vəziyyətdə gördüyü məkan) qabiliyyəti insanlardakından daha güclü inkişaf edib. Onların rəng seçmə qabiliyyəti insadankından xeyli geri qalıb. Belə ki, insanların göz kürəsinin arxa divarındakı qişasında 3 fotoreseptor olduğu halda, itlərdə onlardan biri yoxdur. Buna görə, itlər qırmızı və narıncı rəngi seçə bilmir, amma əvəzində bozun 40 çalarını seçə bilirlər.

Pişiklərə gəlincə, onların göz qişasının arxasında xüsusi qat – tapetum yerləşir və əlavə işıq şüalarını özünə cəlb edir. Bunun və başqa mexanizmlərin sayəsində pişiklərin gözü insan gözündən 7 dəfə həssasdır, amma işıqlı vaxtlarda insandan pis görürlər.

İlanlarda gündüz və gecə görməsi fərqli rejimlərdə özünü göstərir. Gündüz vaxtı ilanlar daha çox hərəkət edən obyektləri hiss edir və buna görə hərəkətsiz şikarların yanından ötüb keçirlər. Gecə rejimində isə ilanlar burunlarının yaxınlığında yerləşən xüsusi istilik reseptorlarlarının köməyi ilə heyvanların hərəkətini müəyyən edir.

Zebra və atlar iricüssəli heyvanlar olduğu üçün onların gözləri insandakı kimi öndə deyil, yanlarda yerləşib. Bu, onlara çox önəmli periferik görmə qabiliyyəti verir və hətta arxalarını da görməyə şans yaradır. Gözləri öndə olmadığı üçün atlar hər şeyi ikiyə bölünmüş görür.

Axşamlar əksər heyvanlar kimi insandan yaxşı görsələr də, onlar yalnız ağ və qara rəngi seçməyə imkan verir.

Həşəratlara gəlincə,
onların gözləri minlərlə kiçik linzadan təşkil olunub. Bu linzalar birlikdə tam vizual görüntü yarada bilir. Çəyirtkə və cırcıramaların gözü 30 min linzadan ibarətdir, arı və kəpənəklər isə 50 min linzadan ibarət gözə malikdir. Linzalar onlara ültrabənövşəyi şüaları görməyə və bu şüaların əks olunması sayəsində özlərinə asanlıqla qida tapmağa yardım edir.

Xərçənglər isə görmə qabiliyyətlərinin mürəkkəbliyi ilə seçilirlər. Belə ki, təkamül prosesi sayəsində onlar 12 fotoreseptora malikdir (insanda isə cəmi 3). Bunun sayəsində onlar ən çətin vəziyyətlərdə də görüntünü seçə bilirlər.

Krevetkalara gəlincə, bu heyvanlar 20 santimetrə qədər məsafədə obyekti seçə bilirlər.

Quşlar üçün görmə qabiliyyəti çox vacibdir. Bu onlara başqa yırtıcıların hücumundan qorunmağa imkan verir. Dimdikləri vasitəsilə Yerin maqnit sahəsinin vektorunu müəyyən edən quşlar binokulyar görmə qabiliyyətinə malikdir. Gözlərindəki əzələ kütləsi sahəsində isə ov quşları göz linzalarını müxtəlif məsafələrə fokuslaşdıra bilir.

Köpək balıqları çox güclü görmə qabiliyyətinə malikdir. Şəffaf suda onların görmə qabiliyyəti insanlarla müqayisədə 10 dəfə yaxşıdır. İri gözlərə malik köpək balıqları hətta 3 min metr dərinlikdə də yaxşı görmə qabiliyyəti ilə seçilir.

Hiç yorum yok:

Yorum Gönder