16 Aralık 2018 Pazar

İlk peyvəndin kəşfi

loading...
 XIX əsrin sonlarına yaxın İngiltərədə Eduard Cenner adında bir əyalət həkimi yaşayırdı. O, orqanizmin bir çox xəstəliklərə qalib gəlməsi üçün qəribə üsul kəşf etdi.

Həmin dövrdə ən dəhşətli keçici olan çiçək xəstəliyi idi. Bu xəstəlikdən minlərlə böyük və uşaq vəfat edirdi, sağ qalanların isə həyatı boyu üzlərində bu xəstəlikdən əmələ gələn yaraların yerləri qalırdı. Həkim Cenner tək müalicə etmirdi, o bu xəstəliyin səbəbi haqqında çox fikirləşirdi. Çiçək xəstəliyi epidemiyası olan yerləri nəzərdən keçirdikdə, o gördü ki, həmin yerlərdə elə adamlar var idi ki, bu xəstəlik onlara keçməmişdi. Cenner onları diqqətlə sorğu-sual etdikdən sonra öyrəndi ki, onlar uşaqlıqda inək çiçəyi ilə xəstələniblər, lakin sağalıblar.
                     
Cenner başa düşdü ki, inək çiçəyi xəstəliyi keçirənlər qorxmaya bilərlər - onların qanında xəstəliyin mikroblarını öldürən nə isə var. Bununla da o, təcrübələr keçirməyə başladı. Vaxtı ilə inək xəstəliyi keçirmiş Sarra Nelsin qanından nümunələr götürdü. 8 yaşlı Ceyms Filipsin 4 yerdən əlini çərtərək həmin qanı ora sürtdü. 6 gün keçdi və Filips xəstələndi. 3 gün keçəndən sonra Filips təzədən sağlam oldu. Cennerin fikri təsdiq olundu.

Bundan cəsarətlənın Cenner təcrübələrini daha da genişləndirdi. O, çiçək xəstəliyi ilə xəstələnmiş adamdan nümunə götürüb
Filipsə yeritdi. Cenner onun yatağından uzaqlaşmırdı. Bu işin fəsadı ağır da ola bilərdi. Bu dəfə də təcrübə uğurlu alındı. Uşaq xəstələnmədi. Xəstəlik artıq ona təhlükəli deyildi.

Beləliklə, çiçək xəstəliyinə qarşı vaksin belə kəşf olundu. “Vaksin” latın sözü olan “vakka” - “inəkdən götürülüb” mənasını verir.

Bu kəşfə insanların bilikləri kömək etdi. Cenner həkimin müşahidəsi nəticəsində yığdığı bilikləri 10 minlərlə insanın həyatını xilas etdi.


İndi dünyanın bütün məktəblərində uşaqlara qoruyucu peyvəndlər edilir: vaxtı ilə çiçək xəstəliynə yoluxmuş buzovun qanından götürülmüş milyonlarla leykositlər qana vurulur. Bu leykositlər çiçək xəstəliyi ilə mübarizədə sınaqdan keçirilib və onun öhdəsindən asanlıqla gəlir. Hazırda insanlar çiçək xəstəliyinə və bir çox başqa infeksiyalara məhz peyvəndlər sayəsində çox nadir hallarda yoluxurlar.
  

Hiç yorum yok:

Yorum Gönder